“Bakcell” “Spark@LANDAU” proqramının innovasiya tərəfdaşıdır - FOTOLAR
İnnovasiya lideri "Bakcell" gənclərin innovasiya və texnologiya sahəsində inkişafını dəstəkləmək məqsədilə LANDAU məktəbinin “Spark @ LANDAU” proqramına innovasiya tərəfdaşı kimi qoşulub.
Adalet.az xəbər verir ki, “Spark @ LANDAU”, məktəbin 8–11-ci sinif şagirdləri üçün nəzərdə tutulmuş startap və innovasiya proqramıdır. Proqram şagirdlərin ideyalarını real biznes mühitində formalaşdıraraq təşəbbüskarlıq bacarıqlarını praktik şəkildə inkişaf etdirir.
Proqramın əsas istiqamətlərindən biri olan “Təhsildə süni intellekt” təşəbbüsü çərçivəsində iştirakçılar təhsil sahəsinə yönəlmiş süni intellekt əsaslı layihələr hazırlayıblar. Final tədbirində ümumilikdə 19 komanda öz startap layihələrini təqdim edib. Təqdimatların nəticələrinə əsasən, münsiflər heyəti tərəfindən ən uğurlu 3 komanda qalib seçilib.
Tədbirdə çıxış edən "Bakcell"in ictimaiyyətlə əlaqələr və korporativ kommunikasiyalar üzrə direktoru Aysel Süleymanova “Spark @ LANDAU” proqramının gənclərin innovasiya ekosisteminə erkən inteqrasiyasında mühüm rol oynadığını bildirib. Onun sözlərinə görə, proqram şagirdlərə ideyalarını məhsula çevirmək və təqdim etmək bacarıqları qazandırır. Süleymanova, həmçinin, "Bakcell"in süni intellekt və innovasiya təşəbbüsləri ilə bu istiqamətdə dəstəyi davam etdirdiyini vurğulayıb.
"Bakcell" süni intellekt və rəqəmsal həllər sahəsində həyata keçirdiyi təşəbbüslərlə ölkədə innovasiya ekosisteminin formalaşmasında aktiv rol oynayır. Şirkət gənclərin texnologiya və startap mühitinə erkən inteqrasiyasını dəstəkləməklə, real təsir yaradan ideyaların inkişafına və gələcək nəsil innovatorların yetişməsinə töhfə verir.
"Bakcell" haqqında
"Bakcell" Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan "Bakcell" süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.
"Bakcell" müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.
Digər Xəbərlər
16 Noyabr 2026 16:31
Bu ölkələrdə "Telegram" bloklandı - YENİLƏNİB
14 Noyabr 2026 22:00
“Meta” istifadəçilərin qalereyasına icazəsiz daxil olub - 805 milyon cərimələndi
05 Noyabr 2026 11:08
MKA: “Android TV box” cihazları kibertəhlükə mənbəyinə çevrilə bilər
05 Noyabr 2026 07:36
Yaponiya kütləvi məlumat sızmalarına qarşı xüsusi qrup yaradacaq
03 Noyabr 2026 16:16
Prezidentin adından 100 manat veriləcəyi barədə mesajlarla bağlı - Xəbərdarlıq
03 Noyabr 2026 06:57
Bu ölkədə analoq telefon dövrü bitir - Xəbərdarlıq edildi
03 Noyabr 2026 06:56
Smartfon Wi-Fi-ya qoşulduqda belə gigabayt "yeyir": dayandırmağın yolu
28 Oktyabr 2026 09:24


Bakı -°C

