Bağçada uşağı təhqir edən tərbiyəçi qovuldu, müdirə töhmət verildi - RƏSMİ
Bakının Suraxanı rayonu Zığ qəsəbəsində yerləşən 331 saylı uşaq bağçasında qeydə alınan video geniş müzakirələrə səbəb olub. Videonun rezonans doğurmasının səbəbi müəllimə tərəfindən çəkilməsi və valideynlərin "WhatsApp" qrupuna səhvən atılmasıdır. Videoda müəllimənin şəkil çəkməsinə mane olan qızcığaz təhqir olunur.
Bakı Şəhər İcra Hakimiyyətinin Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, uşaq bağçasında müəllimənin uşaqları təhqir etməsini əks etdirən video yayıldıqdan sonra məsələ araşdırılıb:
"Hadisədən sonra Zığ qəsəbəsi 331 saylı bağçada 3 ildir çalışan tərbiyəçi Lalə Novruzova işdən azad olunub. Bağçanın müdirinə töhmət verilib”.
Digər Xəbərlər
29 Aprel 2024 09:21
Bakıda 31 dərəcə isti olacaq - Günün havası
28 Aprel 2024 14:46Yollarda görünüş məsafəsi məhdudlaşacaq
26 Aprel 2024 16:24Xocalı al lalələrlə bəzənib - FOTOLAR
26 Aprel 2024 13:15Növbəti köç karvanı Füzuliyə çatdı - FOTOLAR - YENİLƏNİB
26 Aprel 2024 12:51