adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
06 Mart 2024 12:31
2035
ELM VƏ TƏHSİL

Bağça müəllimlərinin diaqnostik qiymətləndirilməsi keçiriləcək

2024-cü ildə bağça müəllimlərinin sertifikasiyası aparılmayacaq.

Adalet.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov deyib.

O bildirib ki, dövlət məktəbəqədər təhsil müəssisələrində çalışan təhsilverənlərin diaqnostik qiymətləndirilməsi 2026-cı ilə qədər tamamlanacaq:

"Diaqnostik qiymətləndirmədə 17 min nəfər iştirak edəcək. Bu qiymətləndirmə ölkənin bütün ərazilərini əhatə edecək. İmtahanlar elektron qaydada tətbiq olunacaq və yay aylarında keçiriləcək. Növbəti ildən isə tərbiyəçilərin sertifikasiyasına başlanacaq".