Badamdarda yenidən sürüşmə baş verdi, yol bağlandı
Bakının Səbail rayonunda yenidən sürüşmə hadisəsi baş verib.
Səbail Rayon İcra hakimiyyətindən Adalet.az-a verilən məlumata görə, sürüşmə rayonun Badamdar qəsəbəsi, Badamdar şosesində qeydə alınıb.
Hadisə nəticəsində Badamdar qəsəbəsindən 20-ci sahə istiqamətində olan yol bağlanıb.
Aidiyyəti qurum əməkdaşları hadisə yerindədirlər.
Xatırladaq ki, bu ərazidə sürüşmə sonuncu dəfə 2018-ci ilin oktyabrında baş verib.
Digər Xəbərlər
28 Aprel 2024 21:30