Babək prospektində yol yenə çökdü - VİDEO
Yeni təmirdən çıxmış Babək prospektində yenidən çökmə olub.
Yolun bir hissəsində yaranan çökəklik bu yoldan istifadə edənlərə çətinliklər yaradır. Sürücülər məcbur olaraq ya avtomobili çökəkliyə salmalı olurar, ya da ani manevr etməklə qəza şəraiti yaradırlar.
Görüntülər bir neçə ay öncə təmir edilən Babək prospektindəndir.
Sürücülər deyir ki, yolda yaranan maneədən yayınmaq üçün əksər sürücü avtomobilini ani olaraq ya sağa sola çəkməli olur. Nəticədə isə digər sürücülər üçün real qəza şəraiti yaranır. Xüsusilə də axşam qaranlıq saatlarında çuxuru görmək daha çətin olur.
Məsələylə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət agentliyindən isə bildirilib ki,əraziyə baxış keçiriləcək və problem aradan qaldırılacaq.
Digər Xəbərlər
06 May 2024 09:37
Şahdağ və Gədəbəyə qar yağıb - FAKTİKİ HAVA
05 May 2024 17:29Bakıda güclü külək əsəcək, bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
02 May 2024 17:40Norveçli səyahətçilər Ağdamda olublar - YENİLƏNİB
02 May 2024 13:40Cəbrayılın Horovlu kəndinə ilk köçün tarixi açıqlandı
02 May 2024 10:13