AzTU İstanbul Universiteti ilə əməkdaşlığa başladı - FOTO
Türkiyənin İstanbul Universitetinin rektoru Mahmut Ak Azərbaycan Texniki Universitetində (AzTU) keçirilən Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunan doktorantların və gənc tədqiqatçıların XXIV respublika elmi konfransında iştirak etmək üçün ölkəmizdə səfərdə olub. Səfər çərçivəsində AzTU ilə İstanbul Universiteti arasında əməkdaşlıq haqqında protokolun imzalanması mərasimi keçirilib.
Görüşdə AzTU-nun rektoru Vilayət Vəliyev, İstanbul Universitetinin rektoru Mahmut Ak və hər iki ali təhsil müəssisəsinin nümayəndələri iştirak edib. Görüş zamanı iki universitet arasında əməkdaşlığın perspektivləri və imzalanacaq protokolun nəticələri barədə fikir mübadiləsi aparılıb. Daha sonra hər iki ali təhsil müəssisəsi arasında əməkdaşlıq protokolu imzalanıb.
Protokola əsasən, tərəflər tələbə və müəllim mübadiləsi, ikili diplom proqramları və birgə tədqiqat işlərinin həyata keçirilməsi, akademik və elmi sahələrdə tədrisdənkənar fəaliyyətlərin təşkili istiqamətində əməkdaşlıq edəcək.
İmzalanma mərasiminin sonunda Mahmud Ak dəvətə görə Vilayət Vəliyevə təşəkkür edib.
Digər Xəbərlər
25 Sentyabr 2026 16:55
Azərbaycan Universitetində Vətən müharibəsi qazisi ilə tələbələrin görüşü olub
25 Sentyabr 2026 10:39
DİM-dən 600 balı keçmiş tələbələrə ÇAĞIRIŞ
24 Sentyabr 2026 19:00
Mingəçevir Dövlət Universiteti mühüm nailiyyətə imza atıb
22 Sentyabr 2026 20:04
Paytaxtdakı ali təhsil müəssisələri distant təhsilə keçir - RƏSMİ
22 Sentyabr 2026 17:58
Məsud Əfəndiyev Lənkəran Dövlət Universitetində seminar keçirib
22 Sentyabr 2026 17:18
Toğrul Xəlilov direktor təyin edildi
21 Sentyabr 2026 13:08
Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR
21 Sentyabr 2026 07:14


Bakı -°C

