AzMİU-nun tələbələri beynəlxalq proqramda iştirak hüququ qazanıblar
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) İBİ mərkəzinin rezidentləri, startapçı Nigar Novruzzadə (N'us Gallery) və Rəvan Quluzadə (TapTik) Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOİCA) tərəfindən keçirilən "Capacity Building" proqramında iştirak hüququ qazanıblar.
Adalet.az xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İDDA) təşkilatçılığı ilə keçirilən proqramda iştirak etmək üçün AzMİU-nun müəllim və tələbə heyətindən 38 nəfər qeydiyyatdan keçib. Startapçı tələbələrlə yanaşı, qeydiyyatdan keçən müəllim heyətindən Könül Ağayeva, Nəsibə Əmirbəyova, Xanlar Qəniyev, Tükəzban Həsənova, Günel İmanquliyeva və Fidan Məmmədova da proqramında iştirak hüququ qazanıblar.
Qeyd edək ki, Azərbaycan üzrə bu proqramda ümumilikdə 40 nəfər iştirak edəcək.
Digər Xəbərlər
11 Sentyabr 2026 11:05
Bağça müəllimləri ilin sonunadək sertifikasiyadan keçiriləcək
10 Sentyabr 2026 17:47
Bakı Türk Anadolu Liseyində yeni laboratoriya istifadəyə verilib
10 Sentyabr 2026 16:14
Azərbaycanlı qadına ABŞ-də yüksək vəzifə verildi
10 Sentyabr 2026 11:08
“Bəs biz neçə tədris ili irəlidəyik?”
10 Sentyabr 2026 09:43
Universitetlərimizin tələbə coğrafiyası 120-yə yaxın ölkəni əhatə edib
09 Sentyabr 2026 17:00
Özəl bağçalara uşaqların qeydiyyatı başlayır
09 Sentyabr 2026 13:23
“Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib
08 Sentyabr 2026 13:32


Bakı -°C

