AzMİU-nun layihəsi Elm Fondunun elan etdiyi müsabiqənin qalibi oldu
Zəfər Günü ərəfəsində Azərbaycan Elm Fondu tərəfindən elan edilən “Qarabağ‑Azərbaycandır!” adlı qrant müsabiqəsinin qaliblərinin adları açıqlanıb.
Adalet.az xəbər verir ki, müsabiqədə iştirak edən 32 layihədən Azərbaycan üzrə yalnız 8-i qalib olaraq seçilib.
Azərbaycan üzrə seçilən layihələrdən biri də Azərbaycan Memarlıq və İnşaat Universitetinə (AzMİU) məxsusdur. Universitetin “Materialşünaslıq” kafedrasının müdiri, professor İradə Şirinzadənin rəhbərliyi ilə təqdim olunmuş layihənin adı “Qarabağın tarixi abidələrinin bərpasında istifadə ediləcək inşaat məhlulları tərkiblərinin işlənməsi”dir.
Layihə Qarabağın tarixi abidələrinin bərpası üçün həyati əhəmiyyət kəsb edir. Belə ki, Qarabağın tarixi abidələri konflikt dövründə erməni işğalçıları tərəfindən ya tamamilə dağıdılmış, ya da ciddi zərər görmüşdür. Hətta bir sıra abidələr (Şahbulaq Qalası) düşmənlərimiz tərəfindən kobudcasına “bərpa edilmiş”, XVIII əsrin abidəsini portlandsement əsaslı suvaqla sanki yamamışlar.
Layihə belə abidələrin bərpası üçün original məhlullara bənzər tərkiblərin işlənib hazırlanmasına və bərpaçılara təqdim olunmasına həsr edilib.
Qeyd edək ki, layihənin icrası üçün Azərbaycan Elm Fondu tərəfindən150 000 manat büdcə ayrılıb. Qrant layihənin icrası 24 ay müddətində nəzərdə tutulub.
Digər Xəbərlər
14 Sentyabr 2026 16:45
Bəzi ixtisaslarda bakalavriat təhsili 3 il ola bilər - Nazir
14 Sentyabr 2026 15:35
Bu siniflərdə Azərbaycan dilinin dərs yükü 42 saata çatdırılacaq
14 Sentyabr 2026 15:28
2026/2027-ci tədris ilində 2,2 milyon təhsil alan olacaq
14 Sentyabr 2026 12:17
Sentyabrın 15-də məktəblərdə ilk dərs belə olacaq
14 Sentyabr 2026 09:10
Dərslər başlayan gün...
12 Sentyabr 2026 15:00
Birinci sinfə elektron qəbul yenidən aktivləşir
11 Sentyabr 2026 16:35
2026-2027-ci il tədris ili üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib
11 Sentyabr 2026 11:05


Bakı -°C

