AzMİU-da TEKNOFEST-lə bağlı infosesiya keçirilib

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) tələbələri üçün “Bilim Bakı”nın rəhbəri Yusuf Polad tərəfindən Aviasiya, Kosmos və Texnologiya Festivalı – TEKNOFEST-lə bağlı infosesiya keçirilib.
Adalet.az xəbər verir ki, AzMİU-nun elm və innovasiya məsələləri üzrə prorektoru, professor Nigar Aslanova universitetdə startap ekosisteminin formalaşdırılması, tələbələrin innovativ ideya və layihələrinin dəstəklənməsi ilə görülən işlərdən danışıb. AzMİU-nun yerli və beynəlxalq startap yaraşılarında, eləcə də bu qəbildən olan festifallarda uğurla təmsil olunduğunu vurğulayan prorektor qeyd edib ki, tələbələr TEKNOFEST-ə böyük maraqla yanaşırlar.
Çıxışına 2022-ci ilin may ayında Bakıda keçirilən möhtəşəm TEKNOFEST-i xatırlatmaqla başlayan Yusuf Polad builki festivalla bağlı ətraflı məlumat verib. Qeyd olunub ki, dünyanın ən böyük texnologiya yarışına müraciətlər artıq başlayıb.
13 milyon TL-dən çox mükafatın və 30 milyon TL-dən çox maddi dəstəyin veriləcəyi TEKNOFEST 2023 texnologiya yarışına qeydiyyat 20 noyabr 2022-ci il tarixində bitəcək. 41 alt kateqoriyada 102 əsas yarışın təşkil ediləcəyi festifal İstanbulun Atatürk Hava Limanında keçiriləcək. İştirakçılar layihələrini tematik çadırlarda təqdim edəcəklər. Festifalda iştirak etmək istəyənlər teknofest.org saytına daxil olaraq qeydiyyatdan keçə bilərlər.
Digər Xəbərlər

Magistraturaya daxil olmaq istəyənlərin NƏZƏRİNƏ!

Xaricdən Azərbaycan universitetlərinə köçürülmək istəyənlərin NƏZƏRİNƏ!

DİM Azərbaycan dili fənni üzrə ikinci cəhd test imtahanı keçirəcək

II və III qruplara imtahan verəcək abituriyentin nəzərinə!

Azərbaycandan 500 gənc xaricdə təhsil alacaq

Qarabağda 14 ümumi təhsil müəssisəsi fəaliyyət göstərir

Rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçiriləcək
