“Azərsun Holdinq” müəssisələri Türkiyədə mükafat qazanıblar - FOTOLAR

“Azərsun Holdinq” istehsal müəssisələrində tətbiq etdiyi yeniliklər və peşəkar komandası ilə Türkiyədə keçirilən 27-ci ənənəvi KalDer–“Türkiyə Kalitə Dərnəyi” Kaizen müsabiqəsinə qatılaraq yüksək nəticələr qazanıb.
Adalet.az xəbər verir ki, Azərsun Kağız və Karton İstehsalat Korporasiyası (AKKİK), İmişli Şəkər Zavodu, Bakı Qida və Yağ Fabriki, Sun Food müəssisələri ilkin mərhələləri keçərək finala vəsiqə qazanıblar.
Ankara şəhərində keçirilən final tədbirində, “Azərsun Holdinq” əməkdaşları, 1500 nəfərlik izləyici qarşısında layihələrini təqdim ediblər. Təqdimatlar nəticəsində AKKİK və İmişli Şəkər Zavodu Kaizen Mükafatına layiq görülərək kubok qazanıblar. Bu mükafatlar, şirkətin istehsal sahəsindəki yüksək standartlarını dünya səviyyəsində nümayiş etdirmək baxımından böyük əhəmiyyət daşıyır.
Səfərdən mükafatla qayıdan əməkdaşlar “Azərsun Holdinq”in rəhbərliyi ilə görüşərək layihələrini təqdim ediblər.
Qeyd edək ki, “Azərsun Holdinq”in Kaizen fəaliyyətləri ilə əldə etdiyi bu mükafatlar, yalnız Azərbaycanda deyil, beynəlxalq arenada da yüksək qiymətləndirir.
Digər Xəbərlər

Bu tarixdə ilin ikinci Günəş tutulması baş verəcək

Bu il fəlakət olacaq - Vanqa və Nostradamusdan dəhşətli PROQNOZ

Ən ağıllı insanlar bu 6 tarixdə doğulurlar

TƏBRİK!

Yatmazdan əvvəl bir fincan çobanyastığı çayı için!

Hər kim yüz il yaşamasa... - Alimlər ölümsüzlüyü araşdırırlar

Mən səni gördüm ay işığında... - FOTOLAR
