"Azərsüd" mükafat qazandı
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində (DVX) “Vergi sistemində gələcəyə baxış: yeni idarəetmə modeli və data əsaslı qərarlar” mövzusunda Forum keçirilib.
Adalet.az xəbər verir ki, tədbirdə Baş nazirinin müavini Samir Şərifov, İqtisadiyyat naziri Mikayıl Cabbarov , qtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli və digər dövlət rəsmiləri çıxışlar edərək 2025-ci ildə əldə olunmuş nəticələr, ölkəmizin dayanıqlı inkişafı istiqamətində atılan addımlar barədə fikirlərini bölüşüblər.
Forum çərçivəsində Azərbaycanın ən sevilən markalarından olan “Azərsüd” təltif edilib. Adıçəkilən brend “Regionlar üzrə vergi rekordçusu” nominasiya üzrə mükafat qazanıb.
Qeyd edək ki, 2013-cü ildə “Azərsun Holdinq” tərəfindən Kürdəmir Süd Emalı Zavodu adı altında istismara verilən müəssisə regionların iqtisadi inkişafında mühüm rol oynayır. Ölkənin ərzaq təhlükəsizliyi və əhalinin yüksək keyfiyyətli süd məhsulları ilə təminində böyük rol oynamaqla yanaşı, məşğulluğunun təmin edilməsi, sosial-rifah halının yüksəlməsinə töhfələr vermiş zavod daha öncədə müxtəlif mükafat və sertifikatlarla təltif edilib.
Digər Xəbərlər
16 Mart 2026 17:54
Nazir Vilayət Eyvazov sıra baxışı keçirdi - FOTOLAR+VİDEO
16 Mart 2026 17:24
Samir Nuriyev Xocavəndin Quzeyxırman kəndindəki işlərlə tanış oldu - FOTOLAR
16 Mart 2026 17:07
ETX adından istifadə edən tədris mərkəzlərinə inanmayın!
16 Mart 2026 16:58
Küləkli hava ilə bağlı XƏBƏRDARLIQ
16 Mart 2026 16:20
Əlaqələndirmə Qərargahının üzvləri Xocavənd şəhərinin Baş planı ilə tanış oldular - FOTO
16 Mart 2026 16:01
Bakıda və Abşeronda duman müşahidə olunur
16 Mart 2026 13:20
“İnstitusional və hüquqi mexanizmlər heç vaxt indiki qədər geniş olmamışdır...”
16 Mart 2026 11:46


Bakı -°C

