Azərkosmos qlobal peyk operatoru “ABS” şirkəti ilə əməkdaşlığa başladı
Azərkosmos qlobal peyk operatoru “ABS” şirkəti ilə əməkdaşlığa başlayıb. 13-16 sentyabr tarixlərində Niderland Krallığının Amsterdam şəhərində keçirilən “IBC 2024” beynəlxalq sərgi-konfransında sözügedən əməkdaşlığa dair müqavilə imzalanıb.
Adalet.az xəbər verir ki, bu əməkdaşlıq sayəsində Azərkosmos “ABS” şikətinə məxsus peyk vasitəsilə Nigeriya ərazisində öz müştərilərinə “Pay TV” (ödənişli televiziya yayımı) xidmətini təqdim edəcək. Qeyd edək ki, “Pay TV” xidməti yalnız peyk və ya kabel televiziyası şirkətinə abunə olaraq aktiv edilən xidmətdir.
Eyni zamanda qlobal peyk operatoru ilə tərəfdaşlıq Azərkosmos üçün yeni biznes xətlərini genişləndirmək imkanı yaradır. Belə ki, Azərkosmos təkcə öz peyk resurslarının satışı ilə deyil, qlobal partnyorlara məxsus peyk xidmətlərinin kommersiyalaşdırılması ilə də gəlir əldə edir və Afrika bazarında video xidmətlərinin həcmini artırır.
“Bir neçə istiqamətdə yeni kommersiya imkanları yaradan bu əməkdaşlığımız Azərkosmosun xidmətlərini Afrika regionunda daha da artıracaq. “ABS” ilə birgə görüləcək işlərin təməlində keyfiyyət, müştəri məmnuniyyəti və xidmət davamlılığımız dayanır”, – deyə Azərkosmosun İdarə heyətinin sədr müavini Fuad Aslanov bildirib.
“ABS” şirkətinin baş kommersiya direktoru Ramsi Hanfur (Ramsey Khanfour) əlavə edib: “Bu tərəfdaşlıq Qərbi Afrika bazarında həm əhatə dairəmizi, həm də xidmət təkliflərimizi genişləndirmək fürsəti verir. Biz regionda etibarlı və yüksək keyfiyyətli ödənişli televiziya yayımı xidmətləri sayəsində təcrübəmizi birləşdirəcəyik”.
Digər Xəbərlər
12 Dekabr 2025 17:37
AzerGold" QSC və törəmə şirkətlərinin kollektivi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib
12 Dekabr 2025 17:25
Polis əməkdaşları və Daxili Qoşunların hərbçiləri Fəxri Xiyabanda - VİDEO
12 Dekabr 2025 16:50
Zodda Ermənistanın hər hansı bir qazıntı və istismar işləri aparmadığı aşkarlanıb
12 Dekabr 2025 14:24
Azərbaycan əhalisinin sayı açıqlandı
12 Dekabr 2025 14:13
DTX rəisi Heydər Əliyevin məzarını ziyarət etdi - VİDEO
12 Dekabr 2025 13:30
Mehriban Əliyeva Heydər Əliyevin məzarının ziyarəti ilə bağlı paylaşım etdi
12 Dekabr 2025 12:45
Arzu Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi
12 Dekabr 2025 12:34


Bakı -°C

