adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
07 Iyun 2016 15:06
31499
MƏMLƏKƏT

«AZƏRİQAZ»IN RƏHBƏRLƏRİNİN NƏZƏRİNƏ!

50 il balalarımızıntəlim-tərbiyəsi ilə məşğul olan Qərənfil Yusif qızı Nəbibəyovanın Şəkidə düz 25gündü qazını kəsiblər. 81 yaşlı bu xanım qaza həsrət qalıb.

Sovet hökuməti vaxtıAğdamda bir kəndlini həbs etmişdilər ki, həyətyanı sahəsi 12 sot əvəzinə 14 sotdur, yəni təsərrüfatın 2 sot torpağını zəbt edib.

Məhkəmədə prokurorhəmin kolxozçuya 3 il iş istəyir.

Hakim müttəhimdənsoruşur:

- Nə sözün var?

Kəndli deyir:

- Yoldaş hakim, məndüz Mozdokdan Berlinə qədər vuruşmuşam, Berlindədə bir qılçamı itirmişəm. Yeddi-səkkiz min kilometr məsafənin almanlardan təmizlənməsindəiştirak etmişəm. Yəni həmin o müharibədə almanlardan 2 sot torpaq saldıra bilməmişəm?!

Hakim sabiq millətvəkili Cahangir Hüseynovun atası idi, bir az da cəsarətli və ədalətli adamıydı.

İttiham aktını cırıbatmışdı və demişdi ki, ağsaqqal, səndən üzr istəyirəm, evinə gedə bilərsən.

İndi 81 yaşlı birananın, az qala gözünün nurunu balalarımıza yedirtmiş bir ananın qazını kəsməzlər ey, əksinə, ona qazı pulsuz verərlər.

Cavabınızı gözləyirik.

Ya da həmin ananınborc kağızını və hesab nömrəsini «Ədalət»qəzetinə göndərin, biz ödəyək.