“AzerGold” QSC-nin adından yayılan saxta müraciətlərə qarşı tədbirli olmağa çağırırıq
Müasir dövrümüzdə informasiya-kommunikasiya texnologiyalarının inkişafı, süni intellektin imkanlarının genişləndirilməsi rəqəmsal təhdidlərin də artması ilə müşayiət olunur. Sözügedən texnoloji yeniliklər təyinatı üzrə istifadə edilmədiyi halda böyük risklərə, arzuolunmaz nəticələrə səbəb olur.
Kiberdələduzluq hallarının qlobal səviyyədə vüsət aldığı bir şəraitdə son günlərdə bir sıra sosial şəbəkə seqmentlərində saxta hesablardan edilən paylaşımlar vasitəsi ilə “AzerGold” QSC-nin rəhbərliyi adından da dırnaqarası investisiya layihəsi ilə bağlı videomüraciətlər tirajlanır.
Bununla yanaşı, mesajlaşma platformalarında dövlət şirkətinin istehsal müəssisələrinin adından qruplar yaradaraq, üzvləri müxtəlif qazanc vədləri altında saxta keçidlərə yönləndirirlər. Dövlət şirkətinin işgüzar nüfuzundan sui-istifadə etməklə təşkil edilən bu cür videomüraciət və kampaniyalar heç bir reallığı əks etdirmir və əsil məqsədi vətəndaşların maliyyə vəsaitlərini ələ keçirməkdir.
“AzerGold” QSC vətəndaşları bu cür addımlara qarşı tədbirli olmağa, Səhmdar Cəmiyyətin fəaliyyəti ilə bağlı məlumatları yalnız şirkətin rəsmi informasiya resurslarından, həmçinin etibarlı mənbələrdən almağa, təqdim edilən keçidlərə daxil olmamağa çağırır. Bu kimi hallarla rastlaşdıqda, dərhal müvafiq hüquq-mühafizə orqanlarına müraciət etməyi tövsiyə edirik.
Digər Xəbərlər
16 Dekabr 2025 09:28
Abbas Abbasov Ramiz Mehdiyev işi ilə bağlı axtarışa verildi
16 Dekabr 2025 09:15
14 yaşlı qızın ərə verilməsi ilə bağlı YENİ DETALLAR
15 Dekabr 2025 19:00
TƏBİB rəhbərindən nöqsanlarla bağlı xəbərdarlıq
15 Dekabr 2025 18:42
Gültəkin Hacıbəylinin Türkiyədən deportasiyasına QƏRAR VERİLDİ
15 Dekabr 2025 18:39
Bakıda məşhur mağazadakı fincanlarda ağır metallar aşkarlandı - Birgə məlumat
15 Dekabr 2025 17:39
"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirildi
15 Dekabr 2025 15:34
Amnistiya aktının 20 mindən çox şəxsə şamil ediləcəyi gözlənilir
15 Dekabr 2025 15:31


Bakı -°C

