adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
07 Noyabr 2019 17:25
66035
TEXNOLOGİYA

Azercell-in “Mobil Göz Klinikası”nın yeni səfərləri

Müasir texnologiyalar və effektiv həllərin tətbiqivasitəsilə insan həyatını asanlaşdırmağı hədəfləyən "Azercell Telekom” MMCödənişsiz göz müayinələrinin təşkilini davam etdirir. Azercell-in "MobilGöz Klinikası” oktyabr ayı ərzində Bakı şəhəri, 2 N-li Uşaq-Gənclər İnkişaf MərkəzininHəzi Aslanov və Nəsimi filiallarının şagirdlərini müayinədən keçirib.Klinikanın Sabunçu rayonu, Bakıxanov qəsəbəsinə təşkil edilən səfəri zamanı isəaztəminatlıailələrdən olan uşaqlara və sağlamlıq imkanları məhdud körpələrə tibbi yardımgöstərilib. Beləliklə, oktyabr ayı ərzində 100-ə yaxın uşaq klinikanın təşkiletdiyi müayinələrdən yararlanıb.

2011-ci il iyun ayının 1-də "Uşaqların BeynəlxalqMüdafiəsi Günü”ndə fəaliyyətə başlayan Azercell-in "Mobil Göz Klinikası” ən müasir tibbi avadanlıqla təchiz edilib.Valideynhimayəsindən məhrum uşaqlardagöz xəstəliklərinin müayinəsinin təşkilini və profilaktikasının aparılmasını təminetmək məqsədilə yaradılan klinikanın xidmətlərindən eyni zamanda ahıllar, aztəminatlıailələr və məcburi köçkünlər də yararlanır.

Qeydedək ki, bütün müayinə və müalicə tədbirləri Azercell-in dəstəyi ilə "XəzərQayğıkeşlik Layihəsi" İctimai Birliyi tərəfindən həyata keçirilir.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz

Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ənböyük vergi ödəyicisi və sərmayəçisi "Azercell Telekom” MMC 1996-cı ildə təsisedilmişdir. Hazırda 4,8 milyon abunəçi Azercell-i seçir. Bazar payı 49%; ölkə ərazisiüzrə əhatə dairəsi: 99.2% (işğal altında olan ərazilər istisna olmaqla); ölkə əhalisiüzrə əhatə dairəsi: 99,8% təşkil edir.Ölkəyə bir sıra yenilikləriilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəməsistemi, mobil internet xidmətləri, 24/7 Telefon Mərkəzi (*1111), 7/7 Ön Masaxidmətləri, Azercell Ekspres ofisləri, M2M, 4G texnologiyası, mobil və onlaynmüştəri xidmətləri, sosial media üzərindən müştəri xidmətləri, mobil elektronimza xidməti "Asan İmza” və s. Azercell-in sürətlə böyüyən 4G şəbəkəsi Bakı vəAbşeron da daxil olmaqla, ölkənin 60-a yaxın bölgəsini əhatə edir. Radiosiqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrəixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinəəsasən, Azercell-in 4G şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ənyüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq"İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganəşirkətdir.