adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
18 Sentyabr 2019 17:24
66980
TEXNOLOGİYA

Azercell jurnalistlər üçün təşkil edilən ingilis dili kurslarının qaliblərini mükafatlandırıb

Ölkənin lider mobil operatoru "AzercellTelekom” MMC tərəfindən mətbuat nümayəndələri üçün təşkil edilən növbətiingilis dili kursları başa çatıb. Şirkət sentyabr ayının 18-də kursu müvəffəqiyyətləbitirən jurnalistlərlə görüş keçirib. Tədbirdə çıxış edən "Azercell Telekom”MMC-nin prezidenti Vahid Mürsəliyev, mətbuat nümayəndələrini cəmiyyətinrəqəmsal savadlılıq səviyyəsinin artırılması istiqamətində şirkətin əsas tərəfdaşıadlandırıb. "İctimai fikrin formalaşmasında, milli və ümumbəşəri dəyərlərin təbliğindətöhfəniz böyükdür və danılmazdır” deyə Vahid M. öz çıxışında bildirib. Tədbirinsonunda iştirakçılar Azercellşirkəti tərəfindən sertifikat və müxtəlif dəyərli hədiyyələrlə mükafatlandırılıb.

Qeyd edək ki, 6 aydavam edən kurslar zamanı mətbuat nümayəndələrinə qrammatika, danışıq, dinləməvə yazı qabiliyyəti üzrə ingilis dili biliklərini gücləndirmək imkanıyaradılıb. Məşğələlər "Language Solutions” şirkəti tərəfindən bir neçə səviyyəli proqram üzrə tədrisolunub.

"Azercell Telekom” MMC qloballaşma dövründə mətbuatnümayəndələrinin daha çox resurslara çıxışını təmin etmək, eləcə də onlarınbeynəlxalq əlaqələr qurmasına və təcrübə mübadiləsindən faydalanmasına şəraityaratmaq üçün müntəzəm şəkildə müxtəlif peşəkar təlimlər və xarici dil kurslarıkeçirir. Şirkət 22 illik fəaliyyəti boyunca ölkədə jurnalistikanın inkişafına dəstəkolmaq məqsədilə bir çox layihələri reallaşdırıb. Məlumat üçün bildirək ki, indiyədək500-ə yaxın jurnalist Azercell şirkətinin təşkil etdiyi ingilis dilikurslarının iştirakçısı olub.

Daha ətraflı məlumatüçün [email protected] ünvanına müraciət edə bilərsiniz

Azərbaycanın mobil rabitə sənayesinin liderivə qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi "AzercellTelekom” MMC 1996-cı ildə təsis edilmişdir. Hazırda 4,5 milyon abunəçiAzercell-i seçir. Bazar payı 49%; ölkə ərazisi üzrə əhatə dairəsi: 99.1% (işğalaltında olan ərazilər istisna olmaqla); ölkə əhalisi üzrə əhatə dairəsi: 99,8%təşkil edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib:GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, 24/7Telefon Mərkəzi (*1111), 7/7 Ön Masa xidmətləri, Azercell Ekspres ofisləri,M2M, 4G texnologiyası, mobil və onlayn müştəri xidmətləri, sosial media üzərindənmüştəri xidmətləri, mobil elektron imza xidməti "Asan İmza” və s. Azercell-insürətlə böyüyən 4G şəbəkəsi Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-ayaxın bölgəsini, əhalinin 86.2%-ni əhatə edir. Radio siqnalların şəbəkə keyfiyyətiniölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlərtərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell-in 4G şəbəkəsiAzərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayişetdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq "İnvestors İn People”İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.