adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
10 Sentyabr 2019 14:24
61131
TEXNOLOGİYA

Azercell “ITU Telecom World 2019” beynəlxalq sərgisində innovativ xidmətlərini təqdim edir

"Azercell Telekom”MMC informasiya kommunikasiya texnologiyaları sahəsində ilin ən mühüm hadisələrindənbiri sayılan "ITU Telecom World 2019” beynəlxalq sərgi-konfransında iştirakedir. Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilən sərgi İKT sahəsindəinnovasiyaların daha sürətli tətbiqi üçün mövcud imkanları nümayiş etdirir. Sərgidəölkəmizin Milli Pavilyonu təşkil edilib. Pavilyonda Nəqliyyat,Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin qurumları, özəl İKT şirkətləri vəstartaplarla birlikdə Azercell şirkəti dəölkəmizi təmsil edir. Burada Azercell sərgi iştirakçılarını özünün yenibrend kimliyi və rəqəmsallaşma strategiyası, 4G şəbəkəsinin ölkə boyu sürətləgenişləndirilməsi sahəsində nailiyyətləri, eləcə də, biznes qurumlar və fərdiistifadəçilər üçün təqdim etdiyi geniş çeşidli innovativ xidmətləri ilə tanışedir.

BeynəlxalqTelekommunikasiya İttifaqının təşkilatçılığı ilə baş tutan beynəlxalq tədbir"Birlikdə innovasiyalar gətirərək: Əhəmiyyət kəsb edən bağlılıq” şüarı altında keçirilir."ITU Telecom” World 2019 beynəlxalq sərgi-konfransının əsas mövzusu rəqəmsaltexnologiyalar vasitəsilə insan həyatının keyfiyyətinin artırılmasını təmin etməküçün hökumətlər və təşkilatların əməkdaşlığını artırmaqdır.

"ITU TelecomWorld 2019” sərgisində dünyanın müxtəlifölkələrinin və regionlarının təqdim etdiyi İKT texnologiyaları, layihələri və məhsullarıilə tanış olmaq mümkündür. Bu sərgidə İT sahəsinin innovativ inkişaf təşəbbüslərinümayiş etdirilir, tərəfdaşlıq və investisiya imkanları təqdim edilir.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz

Azərbaycanın mobil rabitə sektorunun lideri vəqeyri-neft sektorunun ən böyük vergi ödəyicisi vəsərmayəçisi AzercellTelekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə sektorunda49% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 99.1% (işğalaltında olan ərazilər istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sırayenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədənödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkəninqurulması, 24/7 Telefon Mərkəzi (*1111), həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri,M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobilmüştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştərixidmətləri, mobil elektron imza xidməti "Asan İmza” və s. 2012-ci ildə Azercellölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkəkeyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşanbeynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən,Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksəkgöstəricilər nümayiş etdirmişdir.Azercell ölkədə və MDB məkanındabeynəlxalq "İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiqgörülən yeganə şirkətdir.