“Azerçay” tərəfindən keçirilən lotereyanın qaliblərinə avtomobil təqdim olunub
“Azerçay” markası tərəfindən təşkil edilən “Doğma çayınızdan qazandıran lotereya”nın ikinci tirajının Siyəzən rayonu və Bakıdan olan qaliblərinə hədiyyələri təqdim olunub. Qalib kuponların sahibləri olan Siyəzən rayon sakinləri Samir Rzazadə və Elçin İsgəndərova Nissan X-Trail avtomobilləri çatdırılıb. Qazandıqları hədiyyələrə görə sevinclərini paylaşan qaliblər, şirkətə təşəkkürlərini bildiriblər.
Şirkət əməkdaşları “Azerçay”-ın şanslı lotereyasında avtomobillərdən əlavə çoxlu sayda mobil avadanlıqlar və məişət texnikaları qazanan qalib kuponların sahiblərinə də hədiyyələrini təqdim etməyə başlayıblar.
Qeyd edək ki, 15 oktyabr 2021 – 31 yanvar 2022 tarixləri arasında keçiriləcək stimullaşdırıcı lotereyada “Azerçay”ın 250 və 450 qramlıq “Buket”, “Klassik”, “Pekoe” və yeni çeşid “Gül Bağçası” məhsullarını alaraq möhtəşəm hədiyyələr qazana bilərsiniz. “İlin qazananı sən ol” lotereyasında iştirak etmək isə çox asandır. Bunun üçün qeyd olunan məhsulların qutularının qapağının altındakı şifrəni ad, soyad və yaşayış yeri ilə birlikdə Azercell və Bakcell nömrələrindən 8825-ə göndərmək və nəticələr elan olunana qədər qutunu saxlamaq lazımdır. Xatırladaq ki, stimullaşdırıcı lotoreyanın üçüncü tirajı 1 fevral tarixində “Azad Azərbaycan” telekanalında saat 19:00-da keçiriləcək. Lotereyanın nəticələri canlı yayımda, mətbu orqanlarda, sosial media platformalarında və dogmacay.az saytında elan ediləcək.
Digər Xəbərlər
18 Sentyabr 2026 19:56
Anar Ələkbərov Masallıda şəhid ailələri ilə görüşdü - FOTOLAR
18 Sentyabr 2026 18:32
Metro xətlərinin ayrılmasından sonra sərnişinlər belə daşınıb - VİDEO
18 Sentyabr 2026 18:20
Fəaliyyətinə icazə verilən heyvan bazarlarının sayı 22-yə çatdı
18 Sentyabr 2026 18:05
Bakıda daha iki küçədə avtobus zolağı təşkil edilir
18 Sentyabr 2026 17:11
Şəhid ailələri və qazilərə daha 36 mənzil verildi
17 Sentyabr 2026 21:08
Prezidentlə xanımı ziyarətgahda - VİDEO
17 Sentyabr 2026 20:54
Prezidentlə xanımı "Nəsimi bağları"nda - VİDEO
17 Sentyabr 2026 16:55


Bakı -°C

