Azərbaycanlıların xurma problemi həll olundu
Azərbaycan sahibkarlarına Dağıstan Respublikası ərazisində mane olan əngəllər aradan qaldırılıb.
Ərazidə bölgədən gəlmiş xurma məhsulu artıq vaqonlara yüklənilir. Azərbaycandan gedən kənd təsərrüfatı məhsulları həm dəmiryolu ilə, həm də avtomobillə maneəsiz olaraq qonşu ölkəyə keçə bilir.
Xatırladaq ki, noyabrın 14-dən Rusiya bazarlarına kənd təsərrüfatı məhsulları aparan azərbaycanlı fermerlər Dağıstan ərazisində hökumət tərəfindən yol rüsumunun artırılmasına etiraz edən yük avtomobili sürücülərinin tətil etməsi səbəbindən öz mallarını vaqonlardan avtomaşınlara yükləyə bilmirdilər.
Azərbaycan baş nazirinin 1-ci müavini Yaqub Eyyubovun yanında keçirilən müşavirədən sonra Azərbaycanın nümayəndə heyəti qonşu Dağıstan respublikasına səfər edib.
Nümayəndə heyətinin rəhbəri, iqtisadiyyat və sənayə nazirnin müavini Sahib Məmmədovun ANS-ə verdiyi məlumata görə, kənd təsərrufatı naziri müavini İlham Quliyevin də daxil olduğu nümayəndə heyəti Dərbənddə Dağıstanın baş naziri AbduSaməd Həmidovun iştirak etdiyi müşavirəyə qatılıblar.
Dağıstanın baş naziri problemi aidiyyatı qurumlarla geniş müzakirə edib, bir daha belə problemlərin yaranmaması üçün müvafiq təşkilatlara təcili tapşırıqlar verib.
Digər Xəbərlər
26 Aprel 2024 16:24
Xocalı al lalələrlə bəzənib - FOTOLAR
26 Aprel 2024 13:15Növbəti köç karvanı Füzuliyə çatdı - FOTOLAR - YENİLƏNİB
26 Aprel 2024 12:51Bakıda 32 dərəcə isti olacaq
26 Aprel 2024 10:27Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF
25 Aprel 2024 18:27