adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
04 Oktyabr 2018 10:27
77641
MÜSAHİBƏ

Azərbaycanlı yazar: “Oğlumun adını Roman qoyacam” - MÜSAHİBƏ

Adalet.az gənc yazar Nemət Mətinlə müsahibəni təqdimedir.


-Nemət bəy, özünüzhaqda məlumat verərsiniz...

-Nemət Mətin təxəllüsü ilə yazmağa çalışan gənc yazar.Publisistika mühitini sevirəm. Orada daha azad fikirlər yazmaq olur. Ona görəyazılarımın çoxu məqalələrdir. Arabir hekayələr də yazıram.

-Mən əvvəllər ədəbiyyatdan, kitabdan çox uzaq idim.Baxmayaraq ki, evimizdə yaşayan yazıçı vardı. Bir gün "Robinzon Kruzo” əsəriəlimə keçdi və həyatımı dəyişdi. Sizin kitaba, ədəbiyyata marağınız necəyarandı?

-"RobinzonKruzo” əsəri çoxşaxəli və maraqlı əsərdir. Məsələn adada tək yaşadığınabaxmayaraq Robinzon yerə zibil atmırdı. Bu məncə mədəniyyətin üst qatıdır.İnsan heç kim olmayanda mədəni qalmağı bacarmalıdır.

İlk öncəatamın kitabxanasından M.Ə.Sabirin "Hophopnaməsi” əlimə keçdi. Beləcə kitablaramaraq yarandı. Sonra əsgərlikdəki darıxmaq hissinə qalib gəldiyi və ümidverdiyi üçün kitabları daha çox sevdim. İndi ayda 10 kitab oxusam da bezmirəm.Yazmağa həvəs gətirən və stolüstü kitabıma çevrilən əsər isə fransız yazıçıMartin Pajın "Yazı və yaşam kitabı” əsəri oldu. Bu kitab haqqında saatlarladanışsam bezmərəm...

-Esseist kimi tanıyırıq sizi. Bəs roman, hekayə kimiciddi nəsr əsərləri yazmağı düşünürsüzmü?

- Tezlikləoğlum dünyaya gələcək. Adını Roman qoyacağıq. Artıq ilk romanımı yazmışam.Hekayə yazıram. Hamısı 1-2 səhifəlik hekayələrdir. Həyatdan götürülməhadisələrdir. Ümumiyyətlə, danışmağı sevmirəm. İnsan bildiyini nə üçün boş-boşdanışsın ki? Öyrənmək, müşahidə etmək, görmək, anlamaq gözəl deyilmi? İşiqurodeyir ki, bildiyini yazmaq axmaqlıqdır. Bilmədiyini kəşf etmək, özün heyranola-ola onu yaşamaq və yazmaq. Budur həqiqi ədəbiyyat. Müasir insanın uzunromanlar oxumağa vaxtı yoxdur. Qısa və sərt olmalıdır. Lao Ma bir səhifəlikhekayələri ilə dünyaya tanındı. Jül Renar ümumiyyətlə status yazmaqla şöhrətəldə etdi.

-Kimlərin kitablarını mütaliə edirsiniz?

-Fərq etmir.Yəni əlimə nə düşdüsə, oxuyuram. Klassiklərdən tutmuş gənc yazıçılara kimi hərkəsi oxuyuram. Hər kəsdə mütaliyəyə həvəs yaratmaq lazımdır. Heç kəs oxumurdemək asandır. Dikkens kənd-kənd gəzib hekayələrini uca səslə oxuyurdu, Tolstoytəmənnasız uşaqlara dərs keçirdi. Ümumiyyətlə, bir söhbət sənə aid olmayandaonun haqqında rahat danışmaq olur.

-Sevdiyiniz əsərlər hansılardı?

-Stolüstükitabımdan başqa bir çox kitabların adını çəkə bilərəm. Ümumiyyətlə, düşünürəmki, hər kitab bir müəllimdir. Hər birindən nə isə öyrənmək olur, bir cümlə, birfikir olsa belə. Məsələn, Knut Hamsun öz yaşadığı aclıq dövrünü ustalıqlaqələmə alıb. Ondan aclığın nə olduğunu öyrənirik. Remarkdan müharibənindəhşətlərini öyrənirik. Yaşamağa ehtiyac qalmır. Artıq sən onları ürəyindəyaşamısan, çünki oxumusan.

- Azərbaycan ədəbiyyatı ilə bağlı nə düşünürsüz? Sizcədünyaya çıxardacaq yazıçılarımız varmı?

- Azərbaycanədəbiyyatı çoxdan dünyaya çıxa bilərdi. Repressiya dövründə ədəbiyyatımızınqol-qanadı qırıldı. İndi-indi sağalır. Optimist yanaşıram. Volter sayağıdüşünürəm ki, yaxşı olacaq. Bir neçə il öncə tənqidə aqressiv yanaşanyazıçılar, artıq normal yanaşırlar. Bu ədəbiyyatı inkişafa gətirəcək. Məsələn,vaxtında Cəfər Cabbarlı sağ qalsaydı "Aydın” əsərinə film çəksəydilər "V forVendetta” filmindən daha möhtəşəm alınardı.


-Sizcə, ədəbiyyat kütləyə xidmət etmir ki?

-İki cürədəbiyyat var. Kütləyə və fərdə hesablanmış. Fərd ədəbiyyatını hər kəs oxuyabilmir. Kütlə ədəbiyyatı isə hər kəs üçündür. Hər ikisində tutarlı, sanballınümunələr var. Kütləyə əyləncə lazımdır. İncəsənət kütlənin marağına səbəbolmur.

-Dostoyevski, yoxsa Tolsoy?

-Bu mövzuyazaman-zaman yazıçılar, tənqidçilər fikir bildiriblər. Mən sırf bu mövzuda yazıyazmışam. "Ədəbiyyat və kütlə” kitabımda oxuya biləcəksiniz.

Ümumi beləbir fikir deyə bilərəm ki, hər birinin öz aşiqi, oxucusu, tərəfdarı, fanatıvar. Dostoyevski müharibə, Tolstoy isə sülh tərəfdarı idi. Onlar bir-biriniyetişdirdilər. Bizdə o cür rəqabət yoxdur.

-Azərbaycan ədəbiyyatında ən çox acıdığınız taleliyazıçı kimdir?

-Rafiq Tağınıdeyərdim. Yazıçı bir dəfə yaddan çıxıb mətnə düşməmiş bir nöqtəli vergülə görəqəzetin məsul katibinə zəng vurub düzəliş olunmasını xahiş edib, sonra ürəyisoyumayıb iki marşrut dəyişərək redaksiyaya gedərək nöqtəli vergülü düzəldərəkdərindən nəfəs alıb. Bu cür məsuliyyətli, sözü sərt və dəqiq olan yazıçını tezitirdik.

-Qadını anlamaq yox, sevmək lazımdır. Siz necəqadınları sevirsiz?

-Bəli,sevirəm. Qadın olmasa ədəbiyyat olmazdı. Balzak, Markiz de Sad, Kafka, Tolstoyvə bir çox yazıçılar olmazdı. Qadın ilham pərisidir, gücdür, həvəsdir,nəfəsdir. Qadınları ən çox anlayan yazıçı Oskar Uayld idi. "Qadın anlamaq üçünyox, sevilmək üçün yaradılıb” fikrinin müəllifidir. Qadın ədəbiyyata dərinhissiyat gətirdi. Ovoda qadın gözüylə baxa bildik. E.L.Voyniçə xəbər çatandaki, sovet ölkələrində kitabın çox satılır, inanmamışdı. Ancaq həqiqətən "Ovod”əsərində qadın ruhu hiss olunur. Axırıncı iki bəndlik şeirdən belə bunuduyuruq.

Mən birxoşbəxt kəpənəyəm

Yaşasamda, ölsəm də...

-"Ədəbiyyat və kütlə” kitabınız çap olundu. Kitabhaqda məlumat verərsiniz...

-Məqalələr vəbir hekayədən ibarət kitabdır. Məncə yazar, yazıçı öz kitabı haqqında danışmaz.Qoy bu barədə oxucular, tənqidçilər danışsın. Yazar öz kitabı haqqındadanışanda bu gülünc görünür. Əvvəl yaz, sonra onu izah elə...

-Təqdimat olacaq?

-Bəli.Noyabrın dördü Kitabevim.az kitab mağazasında günorta 2-də keçiriləcək. Hamı dəvətlidir.Sizləri görməyə şad olaram. Müsahibə üçün təşəkkür edirəm.