adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
14 Dekabr 2018 11:46
33092
HADİSƏ

Azərbaycanlı tələbələr universitet rəhbərliyini “ələ keçirdi” - REPORTAJ


Azərbaycan Dillər Universitetinəgedirəm və öz tələbəliyimi xatırlayıram. Süleyman Rüstəm küçəsində dörd il ayaqdöymüşdük. Dillərlə çiyin-çiyinə dayanan Slavyan Universitetini deyirəm.Bizim darvazamızda bir qarı da olurdu həmişə, tum və siqaret satırdı. İndi onuorda görmürəm. İndi hər şey dəyişib. Mən oxuyanda Kamal Abdulla bizimrektorumuz idi, bu dəfə Azərbaycan Dillər Universitetinə rəhbərlik edir.

Tələbəliyimidanışıb baş aparmaq istəmirəm. Eşitdim ki, Dillərin tələbələri rəhbərliyi"ələ keçirib”. Mən də altdan-üstdən qıfıllanıb yollandım universitetə.


Rəhbərliyi ələkeçirib deyəndə ağlınıza ayrı şey gəlməsin. Üsyan filan olmayıb. Biz oxuduğumuzillər xoş bir layihə reallaşırdı: "Bir günlük xəlifə”. Deməli, bir günlük tələbələruniversitet rəhbərliyinin işini icra edirdilər. Bu ənənə indi DillərUniversitinə köçürülüb.

Universitetdəheç nə dəyişməyib sanki. Köhnə hamamdır, köhnə tas. Belə də "taxtdan endirmə”olar? Bəs tələbələr nə yenilik ediblər? Niyə tələbələr şıltaqlıq eləmir?

Məniqarşılayan dost deyir: "Hamısı vəzifə icra edir və həyəcanlıdırlar”.

Biz yuxarı,rektorun yanına qalxırıq. Daha doğrusu, rektorun dublyorunun yanına.

Paho! Rektoryerində yoxdur. Katibəsi deyir ki, işi var, gələcək.

- Siz həqiqikatibəsiz? – soruşuram.

- Əlbəttə. –gülümsünür.




Rektorunotağını tərk edib prorektorların otaqlarını bir-bir gəzirik. Hər açdığımızqapıdan rəsmiyyət tökülür. Axır, bir prorektoru "ələ keçirə” bildik.

- Adınız?

- Elşadİbadzadə...

Bu Elşaddostumuz tədris üzrə prorektoru "taxtdan endirib”.

- Neçəncikursunuz?

Elşad bəy isəyanındakı xanıma – çox güman katibəsi – deyir:

- İctimai gələcək?

- Bəli, gələcək.



Məncə, bukatibə deyildi. Tələbə yoldaşı idi. Məsələn, onlar bufetdə belə danışmazdılar.Oğlan deyərdi ki, o İctimaidir, nədir, gələcək, gəlməyəcəksə, mən gedim, işimvar. Qız da qayıdıb: "Əşşi, nə bilim e, İctimainin keşikçisi zadam?” deyərdi.

İndi isə səhnəvə dekorlar dəyişmişdi. Onlar həyat adlı... Eh... Bu nə idi? Belə də cümləyəgiriş edərlər? Hə, onlar universitet adlı filmin rəhbər rolunda idilər. Ona görədə otağa rəsmilik çökmüşdü. Tələbəlik aşağıda, bufetdə qalmışdı.

Elşadİbadzadə pedaqoji fakültənin 4-cü kurs tələbəsidir. Keçən ildən bu prorektorluqvəzifəsinə iddialı olub. Qismət bu günə imiş.

- Niyərektor olmaq istəmədiniz ki?

- Nə bilim.Ürəyim bu vəzifəni istəyirdi.

- Nə etdinizbu gün?

- Tələbələrləgörüşdük.

- Nə dediniztələbələrə?

- Onlarlasöhbətləşdik, dərdlərini dinlədik. Bizə şikayətlərini, təkliflərini bildirdilər.




Hiss edirəmki, Elşad İctimai TV-nin həyacanı ilə kresloda oturub. Həm kreslonun həyacanı,həm TV-nın.

- Tələbələrnədən şikayətçidir?

İndi fikirverdim: Elşad dostumuz kresloda elə oturub ki, elə bil indicə durub gedəcək. Həttamən də ayağa durmaq istədim, sonra gördüm, yox, gənc prorektor hələ o kreslodan"getmək” fikrində deyil.

- Tələbələr...Ən çox imtahanlardan...

- Niyə?

- Çətinlik çəkirlər...

Elşad bəy təzə,şıq kostyum da geyinib. O kostyum indi toyda olsaydı, nə həngamə qopardı. İndikreslonun arxasında həyəcanla oturmuş gənc prorektorun kostyumu elə bil yad ölkəyədüşmüş ürkək qız idi.

Məndostumuzu "sual yağışından” xilas edib üz tutdum o biri prorektorlara...

- Lamiyə Məmmədova...Elmi prorektor.

Ayağa durur,salam vermək istəyir, qabağa gəlir, sonra ağlına nəsə gəlir, yerində oturur.

- Hansıfakültə?

- Beynəlxalqəlaqələr.




Lamiyə xanımbayaqkı prorektora baxanda daha təcrübəli görünür. Elə bil illərdir bu masaarxasında oturub.

- Keçən ilqatılmışdınız?

- Yox. Bu ilqismət oldu.

- Düzünüdeyin, tanışlıq filan oldu? Sizi tanıyan tələbələr sizə səs verdi?

- Nədanışırsınız? Heç mən tələbələri tanımırdım. Ümumiyyətlə, səsvermə zamanıbaşqa fakültədən uşaqlar olur.

- Neçə namizədvardı sizin vəzifəyə?

- Yeddi idi,səhv etmirəmsə... Hər kəs öz platformasını açıqlayır. Kimin platforması bəyənilərsə,həmin şəxs rəhbər vəzifəyə seçilir.

-Platformanızda nə demişdiniz ki, sizi seçdilər?

- Mən tələbələrəvədlər vermişdim, nə edəcəyimi demişdim.

- Necədir buvəzifədə olmaq?

- Çox gözəl.Mənə həmişə maraqlı idi. Bizim "Kölgə kabinetimiz” var. İndi seçilən tələbələr1 il ərzində rəhbərlərin yanında olacaq.

- Yəni rəhbərvəzifələrin kölgəsi olacaqsınız...

- Bəli...

Baxıram ki,rəsmi danışsa da tələbəlik şıltaqlığını tam ört-basdır eləyə bilmir. Bəzəndediyi cümlələr tələbə dünyasına oturmur, qəribə səslənir. Bəlkə mən bu qədər həssasam,bilmirəm. Başqası heç buna fikir də verməz.




- Rəhbərolmaq istəyərdiniz?

- İstəyərdim,əlbəttə.

- Tələbəniqovmaq, yaxud cəzalandırmaq hüququnuz var indi?

- Özüm də tələbəyəm.Niyə qovum ki?

Axır ki,onun içində bardaş qurmuş tələbəliyi oyatdım. Yatan dinozavlar...

- Xəlifəgününün əhvalatını bilirsiniz? Bu idiomatik ifadədir.

- Əhvalat...– Lamiyə xanım fikrə düşür.

- Əbdülhəsənadlı gənclə Xəlifə Harun-ər-Rəşidin əhvalatı. Günlərin bir günü Əbdülhəsəninevinə qonaq gəlir.

- Aha...

- Gələnqonaq ən böyük arzusunun bir gün də olsa, xəlifəlik etmək olduğunu bildirir. Buqonaq da tacir libasındadır. Adı da xəlifə Harun-ər-Rəşid imiş. Əbdülhəsən gəncinbadəsinə yuxu dərmanı tökür, onun saraya aparılmasını əmr edir. Dərin yuxuyagetmiş gənc sarayda gözlərini açır. Ona xəlifə kimi hörmət bəslənilir, əmrlərinəəməl olunur. Əbdülhəsən xəlifə olduğuna inanır. Axşam yeməyi zamanı yenidənonun badəsinə yuxu dərmanı tökürlər və gənc xəlifə gözlərini evində açır. Deyilənlərəgörə, o hadisədən sonra Əbdülhəsən xəlifəliyinin yuxu, yoxsa həqiqət olduğunuayırd edə bilmir.

- Bəlkə də1-ci kursda danışıblar. Həyacandan unutmuşam... – gülümsəyir...




O birisiprorektor da xanımdı və adı da Lamiyə...

- "Y” yox.Lamiə. Tərbiyyə işləri üzrə prorektor...

- "Y”sızLamiyə xanım.

- Bəli.

- Hansıfakültə?

- Beynəlxalqəlaqələr və idarə etmə. 3-cü kurs.

Bir nəfəsədeyir. Balaca qızdı, eynəkli. Hətta mənə elə gəldi ki, indi rəhbər kreslosundaayaqları havada sallanır...

- Niyə bu vəzifəniseçdiniz? O boyda vəzifələr dura-dura.

- Bizim prorektorçox sevdiyim biridir...

Elə bil,şeir deyir, dayanmadan sözləri bir-birinin ardınca sıralayır... Onu yarı yolda saxlayıram:

-İdealınızdı?

- Bəli, bəli...

Lamiə bu vəzifəyəgələn kimi yenilik eləyib: universitetdə dekan otaqlarına dərsliklər qoyulub vəo dərsliklərdən kim istəsə götürüb oxuya bilər.

- Bir adamözü ilə dərslik gətirir, onu həmin rəfə buraxır və başqasını götürür...

Nəhayət,rektorun qəbuluna düşə bildik.

- Sizsiz o məşhurrektor?

Gülümsəyir.Rəsmi görüntünü üstündə daşımaqdan vaz keçmir amma. Tez də ciddiləşir:

- Bəli.

- Sizə çətinolacaq. Kamal Abdulla bütün yenilikləri eləyib. Nə yenilik edəcəksiniz?

- Bu gün biztələbələrlə görüşdük. – ciddi tərzdə nitqinə başlayır. – Onlarla ayrı-ayrılıqdasöhbətləşdik...

Dərhal, sondərəcə dərhal soruşuram:

- Tələbə,yaxud müəllim qovmaq ixtiyarınız var?

-Bilirsiniz, bu rəsmi vəzifədir. Və biz rəsmi vəzifəni icra edirik.

- Həmin vaxtnəsə hadisə baş versə...

- Ola bilər,təbii...

- Aha. Siz sərtolarsız elə?

- Bilmirəm.Özüm də tələbə olduğum üçün çətin olar mənə. Töhmət verə bilərəm amma. KamalAbdulla burda azad bir mühit yaradıb. Həqiqətən də belədir. Biz ona görə də beləhallarla qarşılaşmırıq. Kamal müəllim həmişə deyir ki, tələbəni müəlliminayağına verməyin, yaxud da müəllimi tələbənin. Qarşılıqlı münasibət var.



- Lapyadımdan çıxdı. Adınız?

- QuliyevSalman.

- Hansıf...?

Sualımı göydətutur:

- Tərcümə vəmədəniyyətşünaslıq fakültəsi...

Rektorundediyinə görə bu il, "Bir günlük xəlifə” seçkisində 251 nəfər iştirak edib.

- Heç birseçkidə bu qədər adam olmur. – mənim zarafatım.

O isə hələ dəciddidir:

- İki mərhələolur bizdə. 135 nəfər ikinci mərhələyə keçmişdi.

- Nə qədər vəzifəicra olunur hazırda?

- 31 vəzifə...

- Seçki necəaparılır?

- Universitetinhər iki binasında seminarlar təşkil olunur, layihənin seçim turunun mərhələləri,namizədlərin platformalarını yazmaq və səsvermə qaydası barəsində tələbələrəgeniş şəkildə məlumat verilir. Namizədliyini irəli sürmüş şəxslər öncə özlərihaqda qısa informasiya, əlaqə nömrəsi və namizəd olduqları vəzifəyə uyğunplatformalarını yazılı şəkildə Auditoriya+ şöbəsinə və ADU-nun 2-ci tədrisbinasında yerləşən aidiyyatı şöbəyə təqdim edirlər.Noyabr ayında seçkilər artıq başlayır. Hər fakültədənbərabər sayda tələbə seçicilər dəvət olunur, xəlifə günü və səsvermə qaydası iləbağlı tələbələr yenidən məlumatlandırılır. Namizədlər isə öz platforması iləçıxış etməyə hazırlaşırlar. Çıxışlardan sonra açıq səsvermə yolu ilə seçkilərbaş tutur.

- Səsverməkağıza yazılır, ya necə?

Rektorduruxur. Şagird kimi əlini havaya qaldırır:

- Belə...

Gülürük...

- Necə birhisdir rektor olmaq?

- Məsuliyyətlidir.Ciddidir. İstər-istəməz ciddi olmağa məcbursan. Mən artıq burda tələbə deyiləm.Rektorun vəzifəsini icra edirəm. Hətta bizə bu günün maaşı belə veririlir.



- Doğrudan?

- Bəli.

- Nə qədərdisizin maaş? Sirr deyilsə...

Fikrə gedir.Elə bildim, katibəni çağırıb soruşacaq.

- Vallah,bilmirəm.

Gülür. Hissedirəm ki, bu sualım mən otaqdan çıxanda da onu düşündürəcək: "Doğrudan e... Bugün nə qədər maaş verəcəklər bizə?”

Çöləçıxıram. Tələbələr deyib gülürlər. Bu gün həqiqi rəhbərlər universitetdə yoxdu.Bütün yerləri tələbələr tutub. Bir günlük... Sabah hamısı təzədən tələbəolacaq...