Azərbaycanlı rəssam beynəlxalq sərgiyə dəvət aldı
Azərbaycan rəssamı Nurlana Hacıyeva oktyabrda Berlində keçiriləcək beynəlxalq sərgidə iştirak üçün dəvət alıb.
Adalet.az xəbər verir ki,rəssam Almaniyaya modern üslubunda işlədiyi bir neçə əsərini göndərməyi planlaşdırır.Hazırda N. Hacıyevanın əsərləri İstanbulda keçirilən «İhtişamlı buluşmalar» adlı sərgidə nümayiş etdirilir. 30-a yaxın rəssamın qatıldığı sərgiyə maraq böyük olduğu üçün təşkilatçılar onu daha 10 gün uzatmağa qərar veriblər.
Ötən ay Azərbaycanlı rəssam həmçinin Türkiyənin Marmaris şəhərində keçirilən Emotion («Duyğular») adlı sərgidə iştirak edib. 15 rəssamın əsərlərinin nümaiş etdirildiyi sərgi yerli təsviri incəsənət həvəskarlarının və turistlərin böyük marağına səbəb olub.
Qeyd edək ki, Nurlana Hacıyevanın əsərləri bundan əvvəl də bir sıra beynəlxalq sərgilərə dəvət alıb. Bu sırada Londonda keçirilən Azərbaycan rəssamlarının işlərindən ibarət sərgi, İtalyanın Azərbaycandakı səfirliyinin təşkil etdiyi «Futurismo Ora” sərgisi və s. mötəbər tədbirlər də var.
Digər Xəbərlər
27 Aprel 2024 16:23
Xankəndidəki yeni royal heç vaxt kökdən düşməyəcək - VİDEO
26 Aprel 2024 17:33Aktrisa: “İnanclara inanmıram”
26 Aprel 2024 13:03“CineMastercard”da “Qeyri-Centlmen İşlər Nazirliyi” filminin premyeradan öncə nümayişi keçirilib - VİDEO
26 Aprel 2024 10:52Ağdam Cümə məscidində ilk Azan oxundu - VİDEO
24 Aprel 2024 11:24