adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
23 May 2020 13:08
54018
ŞOU-BİZNES

Azərbaycanlı kişiləri bəyənməyən model Günay: ”Taha məni və oğlumu döyür...”

Müsahibələrində "Azərbaycanlı kişilərlə sevgili ola bilmərəm,onlar ucuz, yüngül qızları sevirlər və yanlarında daha rahat olurlar. Bizim bəzikişilər çox kaprizlidir, onların xasiyyətini anlamıram. Azərbaycanlı kişi ilə nəinkievlənmərəm, heç sevgili belə, olmaram” deyən tanınmış model Günay Musayeva ilə qeyri-azərbaycanlıolan keçmiş sevgilisi arasındakı problemlər bitmək bilmir. İş adamı TahaTatlıcı modellə uzun müddətdir qalmaqal yaşayır. 

Qalmaqala səbəb sevgilinin modelə şiddət göstərməsi olub. Bu səbəblə gündəmə gələncütlük yenidən polis bölməsinə yollanıblar. Yeri gəlmişkən, ötən ilin elə bu ayında mübahisə əsnasında Taha Günayı və onun oğlunu döyüb və buna dözməyənMusayeva bıçağa əl atıb.

TahaTatlıcı modeli məhkəməyə verib. Artıq cinayət işi başlanılıb. Musayeva ifadəsindədeyib:

"Tahaçox əsəbi idi. Oğlumu döydü. Oğlumu və özümü qorumaq üçün bıçağı alıb qarşısına keçdim. Mənə hücumetdi və bıçaq ona batdı. Mən özümü qorumuşam".

Hazırda prokurorluq Günayın2.5 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edir. Taha isə modeli vəoğlunu döyməsi ilə bağlı iddialara açıqlama verməyib.



Günay Tahanın onu döydüyünü və təhdid etdiyinisöyləyərək şikayət ərizəsi yazıb. Gunayınonun haqqında 1 aylıq uzaqlaşdırma qərarı çıxartdırsa da, Tatlıcı həmin 1 ay başa çatan kimi yenidən Günayınevinə gedib.

Adalat.az xəbər verir ki, yenidən iddialar başlayıb...Beləki,Musayeva qapını döyən və onu təhdid edənTahadan xilas olmaq üçün qonşulardan yardım istəyib. Gizlicə evdən çıxan modelpolisə gedib. O, iş adamına qarşı şikayət ərizəsi yazıb. Polis qərarı ilə Tahayenidən Günayın ətrafından uzaqlaşdırılıb.

Qeyd edək ki, bundan əvvəl də Taha Tatlıcının Günay və oğluna şiddət göstərdiyixəbərləri yayılmışdı. Günay aktyor Tolqa Karellə ailəli olub. Cütlük 2015-ciildə boşanıb.

Böyüklər nə demişlər, elini ürküt, axsağındanyapış...

Əntiqə Rəşid