adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
14 Yanvar 2019 11:26
111998
MÜSAHİBƏ

Azərbaycanlı fotoqraf: “ Afrikada ölənləri vəhşi heyvanlara yedizdirirlər” - MÜSAHİBƏ

Müsahibimiz əvvəlləryalnız özü üçün gəzib, özü üçün fotolar çəkən, daha sonralargəzib-çəkdiklərinin başqaları üçün də marağlı olduğunu təqrib edib paylaşımlar edən,Afrika ölkələrini iri meqapolislərə heç vaxt dəyişməyən, jurnalistikafakültəsini bitirən, uzun müddət müxtəlif qəzet redaksiyalarında çalışan,hal-hazırda dövlət qulluqçusu olan, Azərbaycan Fotoqraflar Birliyinin üzvü,fotoqrafiyanı, musiqini, səyahəti, kartof qızartmasını, dovğa və hədiyi dünyamətbəxinin ən ünlü yeməyindən də çox sevən biri Arif Ələkbərovdur.

Adalet.az bu müsahibənisizə təqdim edir.

- Fotoqraflıq sizdəhobbidir, yoxsa əsl sənətiniz?

- Hobbidir. Mənim sənətim,işim başqadır, fotoları isə özüm üçün çəkirdim, sosial şəbəkədə qapalı səhifədəelə dost-tanış üçün paylaşırdım. Elə onların təkidi ilə sonradan sosial şəbəkədəsəhifə açıb yayımlamağa başlamışam.

- Fotoqraflığa nəvaxt balamısınız?

- Bir qədər şablon səslənsə də,hələ məktəb yaşlarından yaranıb. O vaxtlar yeni il gecəsi televiziyada Avropaulduzlarının çıxışları olurdu. Həm musiqiyə, həm də fotoqrafiyaya olanmarağımın sintezindən həvəslənərək, elə televizor ekranından o şoulardankadrları çəkirdim. Təbii ki, o vaxt hələ rəqəmsal fotoaparatlar yox idi.Keyfiyyətləri çox aşağı olsa da, həmin fotoları hazır edib, qürurla məktəbyoldaşlarıma göstərirdim. Elə o zamanlardan bu günə fotoqrafiya mənim üçünsevdiyim, həzz aldığım, ruhən dincəldiyim sahəyə çevrilib.

- Afrikada yaşayanuşaqlarla fotolarınız var...


- Səhifəmdə uşaqların simasıolan fotolar çoxluq təşkil edir. Demək olar ki, hamısının da üzündə gülüş var.Çöhrələrində gülüşü yaradan elə onların özləridir. Səbəb isə onların olduqca təbiiolmasıdır. Uşaqlar kamera qarşısında heç hazırlıqlı dayanmırlar. Necə var elə,olduqları kimidirlər. Düzdü, kameranı uzaqdan görüb qaçanları da olur, gəlibonun qarşısında poz verənlər də. Amma əksər hallarda təbii kadrlar alınır.

- Afrikada çox gümanki, insanlarla dialoqlarınız olub. Azərbaycanı tanıyırlar oralarda?

- Afrikaya səfər zamanı insanlardan çox, fauna əhlinigörürəm deyə birincilərlə ünsiyyətim o qədər də çox olmur. Zənzibarda olarkənözünün də çox maraq göstərdiyinə görə orada yaşayan birisinə elə okeansahilində qumun üzərində xəritə çəkib Azərbaycanın harada yerləşdiyinigöstərmişdim.

- O fotoları çəkəndəhər hansısa bir həyati təhlükə yaşamısınız?

- "Safari”yə səfər zamanı riayətolunası bir neçə tələb var ki, onlardan vaz keçilməzsə, təhlükə də bizdən yanötər. Bu, əgər piyada gəzintisi deyilsə, gəzintiyə çıxdığımız avtomobili tərketməmək mütləqdir. Hər zaman yadda saxlamaq lazımdır ki, bura zoopark yox, məhzelə canlı vəhşi təbiətdir və bələdçilərdən fərqli olaraq, turist ikiaddımlığında olan, məsələn, aslanı görməyə bilər. Bu səsəbdən də təhlükəsizlikqaydalarına riayət etmək lazımdır. Bəzən avtomobillə deyil, piyada hərəkət etməkimkanı da olur. Məsələn, Uqandada kərgədanlar yaşayan park və ya TanzaniyanınAruşa qoruğa (bu qoruqda, əsasən, cütdırnaqlı heyvanlar yaşayır).


- Niyə məhzAfrika?

- Səfərlərim təkcə Afrika ölkələrinəolmayıb. Ancaq Afrikadakı təəssüratlarım digər ölkələrdən çox fərqlənir. Yaxşımənada. Sözsüz ki, buna səbəb ilk növbədə Afrikanın zəngin faunasıdır. Sözün əslmənasında, özünü canlı və vəhşi təbiətin qonağı kimi hiss edirsən. Bunu izahetmək yaşamaqla eyni effekti vermir. Bundan başqa da bir sıra səbəblər var. Məsələn,Afrika məişəti, oradakı insanların yaşam tərzi, müxtəlifliyi… Dünyanın digərölkələrində belə çalarlarla, fərqliliklə rastlaşmaq mümkün deyil.

Yadıma gəlir, hələ uşaqvaxtlarımda Afrika faunası ilə bağlı sənədli filmlərə çox baxırdım. O vaxtdanmaraqlı idi mənim üçün. Elə o vaxtdan da beynimdə "Serengeti" sözü həkkolmuşdu. Serengeti Tanzaniyanın ən böyük, ümumilikdə, Afrikanın ən məşhurqoruğudur. Tanzaniyaya işlə əlaqədar uzun müddətə ezam olunmuş dostumun dəvətinialanda hədsiz sevindim və elə ilk səfərim də buradan başladı. Elə onun sayəsindəanladım ki, həqiqətən Afrikanı çox sevirəm. Nəticədə belə-belə Afrikaya səfərlərimdavamlı oldu.


- Yerli sakinlərin sizə münasibəti necə olur?

- Düzünü desəm, yerli əhali iləbağlı heç vaxt xoşagəlməz hadisələr yaşamamışam. İnsanlarda çox qəribə birstereotip formalaşıb. Hamı elə düşünür ki, kimsə Afrikaya gedibsə, o, mütləq kiminsəhücumuna məruz qalmalıdır. Məsələn, hər hansı vəhşi heyvanla bağlı stresskeçirməlisən deyə, bir qanun yoxdur. Çünki həqiqətən mənim səyahətlərimin məqsədigetdiyim yerlədə gördüyüm bütün gözəllikləri çəkib paylaşmaqdır. Əsas da özyaddaşıma həkk etmək. Buna görə də bilə-bilə hər hansı neqativ nəticələrin olabiləcəyi vəziyyətlərdən uzaq olmuşam. Belə şeylər planlarımda olmayıb. ÇünkiAfrika bunsuz da öz gözəlliklərini insana peşkəş edir.

- Hər yerdə olduğukimi Afrikada da qəbilələrin özmentaliteti, adət-ənənəsi var. Gördüyünüz qeyri-adi rituallar olubmu?

- Hər qəbilənin özününbir başçısı olur. Məsələn, "Massai”lər qəbiləsi. Bu qəbilənin yüzə yaxın üzvüola bilər. Hamısı bir yerdə, ailə şəklində yaşayır. "Massai” qəbiləsində əsasyük qadınların üzərinə düşür. Hətta qəbilənin köçü zamanı evin əşyalarınındaşınması, eləcə də digər ən ağır işləri məhz qadınlar icra edir. Onlara görəağır işlər qadınların hesab olunur.

Eşitməmiş olmazsız, amma yenə də birneçə deyilməsi mümkün olan qeyri-adi adətlərini deyə bilərəm. Məsələn, "Massai”qəbiləsində toy bir başqa cür olur. Bizim toylara qətiyyən bənzəmir. Bizim üçünçox əcaib gələ biləcək qayda-qanunları var. Onlardan ən abırlısını deyim, məsələn,toyda cavanlara verilmiş bəxşişlərin hamısı mütləq təzə bəyin anasınaçatmalıdır. Yeri gəlmişkən, onu da deyim ki, bizim xanımların toydan sonra ayrıevdə yaşamaq şansları olur. "Massai” qadınlarında isə belə şans olmur. Çünki bəyinanası ömrünün axırına qədər həmin cütlüklə bir yerdə yaşayıb, ailənin xəzinədarırolunu oynayır.

Keniya və Tanzaniyada yaşayan "Massai”qəbilələri təbiət qüvvələrinə sitayiş edirlər. Qəbilə üzvlərindən dünyasını dəyişəninsanlar vəhşi heyvanların qidalanması üçün istifadə olunur. Onlar öldükdənsonra nəşlərini birbaşa savannaya qoyurlar. Burada yalnız uşaqlar adətdən kənarqalır. Onlar hər birimizin bildiyi kimi adi qaydada dəfn olunurlar.

- Heyvanları çəkdiyiniz fotolar nə qədər vaxta ərsəyə gəlir?

- Hamısı anidən çəkilənfotolardır. "Safari”də olduğum zaman bir neçəqoruğu çıxmaq şərti ilə bütün hərəkət yalnız avtomobil vasitəsilə həyatakeçirilirdi. Təhlükəsizlik baxımından ərazilərdə əlavə şərait yaratmaq mümkünolmadığı üçün əksər hallarda bir yerdə uzun müddət dayanmaq imkanımız daolmurdu. Buna baxmayaraq, maşından düşməmək şərtilə bir neçə dəqiqəlik istədiyimizyerdə avtomobili saxlatdıra bilirdik.



- Fotoqraflıq da yaradıcılıqdır. Məsələn,mən həmişə müharibə bölgələrində reportyor olmağı arzulamışam. Elə bir yervarmı ki, oradan da foto çəkmək arzusundasınız?

- Çox istərdim xəyallarımda da canlandırdığım ÇininTibet vilayəti ilə bağlı geniş fotoreportaj hazırlayım. Yaxın gələcək üçünplanımda da var. Nədənsə, o ab-hava ruhuma yaxındır, fotolarından belə rahatlıqtapıram.

- Fotoqraflıqdan başqa nələrə maraqların var. Məsələn, ədəbiyyata filan.Oxuduğunuz hansı kitablar var, müəlliflər var?

- Fotoqrafiyadan başqa mysiqiyə böyük marağım var.Yeri gəlmişkən, 90-cı illərin əvvəllərində, hələ FM radiostansiyaları olmayanda"Molodyoj Azerbaycana" qəzetində çalışdığım zaman oxucu sorğularıəsasında ölkədə ilk hit-paradı aparmışam. Filmlərə, idmana da həvəsim çoxdur.Mütaliəyə son zamanlar vaxt ayıra bilmirəm, sanki yadırğamışa. Elə ilksəhifələrdən yuxu tutur. Sonuncu oxuduğum Xalid Hüseyninin "Çərpələng uçuran"ıolub.