Azərbaycanla nəqliyyat dəhlizinin açılması məsələsinə türkiyəli nazirdən MÜNASİBƏT
“Azərbaycanın Şərq rayonlarından Naxçıvan Muxtar Respublikası istiqamətində nəqliyyat dəhlizinin həm İran, həm də Ermənistan ərazisindən keçəcəyi istisna edilmir. Birinci halda söhbət 61 kilometrlik marşrutdan, ikinci halda isə təxminən 43 kilometrlik marşrutdan gedəcək”.
Adalet.az xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülkadir Uraloğlu “Kanal7” telekanalında Cənubi Qafqazda kommunikasiyaların bərpası mövzusunu şərh edərkən bildirib.
Onun sözlərinə görə, marşrutla bağlı yekun qərardan asılı olmayaraq, nəqliyyat-logistika əlaqəsi qurulacaq. “Bu və ya digər şəkildə biz Azərbaycanla birgə bu layihəni həyata keçirəcəyik. Müəyyən problemlər var, lakin onlar qarşıdakı dövrdə həll oluna bilər. Bu, zaman məsələsidir”, – deyə türkiyəli nazir əminliyini bildirib.
Nazirin fikrincə, heç bir ölkə öz ərazisinin Pekini Londonla birləşdirən beynəlxalq nəqliyyat arteriyasının bir hissəsinə çevrilməsinə qarşı çıxmamalıdır. “Belə bir ideyaya qarşı çıxmaq sadəcə olaraq ehtiyatsızlıqdır”, - deyə Uraloğlu vurğulayıb.
Türkiyəli nazir qeyd edib ki, Ankara Cənubi Qafqazda kommunikasiyaların bərpası ilə bağlı danışıqlarda birbaşa iştirak etməsə də, Türkiyə Bakı ilə daim təmas qurur və əlaqə saxlayır.
Gürcüstan ərazisindən Azərbaycanla əlaqənin mövcud olduğunu xatırladan türkiyəli nazir qeyd edib ki, alternativ nəqliyyat dəhlizi açılarsa, Azərbaycanla Türkiyə arasında malların çatdırılma müddəti azalacaq, Orta Dəhlizlə yükdaşımaların həcmi isə əhəmiyyətli dərəcədə artacaq.
Digər Xəbərlər
08 Sentyabr 2026 15:48
Dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib
08 Sentyabr 2026 15:32
“İran iqtisadi böhrana yuvarlanır...”
08 Sentyabr 2026 12:43
Yay mövsümündə Azərbaycanın hava məkanında uçuşlar artıb
08 Sentyabr 2026 11:46
Bu şəxslər pensiya ala bilməyəcək
08 Sentyabr 2026 10:22
“İnflyasiya da inkişaf etməkdə olan ölkələrin orta göstəricisi səviyyəsindədir”
07 Sentyabr 2026 20:38
"Azərbaycan və Özbəkistanın birgə layihələr portfeli 5 milyard dolları ötüb"
07 Sentyabr 2026 12:00
Zəngəzur dəhlizinə görə yeni güzəştlər olacaq
07 Sentyabr 2026 09:19


Bakı -°C

