Azərbaycanla BVF arasında IV maddə üzrə məsləhətləşmələr başlanıb
Yanvarın 22-də maliyyə nazirinin müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Azər Bayramov ölkəmizdə səfərdə olan Beynəlxalq Valyuta Fondu (BVF) ilə Azərbaycan hökuməti arasında IV Maddə Məsləhətləşmələri üzrə missiyasının üzvləri ilə görüşüb.
Bu barədə Adalet.az-a Maliyyə Nazirliyindən bildirilib.
Qeyd edilib ki, görüş zamanı IV Maddə məsləhətləşmələrinə dair hazırlıq işləri və bununla əlaqədar BVF tərəfindən aparılacaq analitik təhlillərin istiqamətləri diqqət mərkəzində olub.
A.Bayramov 2024-cü ilin makroiqtisadi yekunları, dövlət və icmal büdcələrin icrası, 2025-ci il və ortamüddətli dövr üzrə büdcə planları və gözləntiləri, büdcə siyasətinin istiqamətləri, büdcə qaydasının tətbiqi ilə bağlı məsələlər, ölkə iqtisadiyyatının inkişaf perspektivləri, o cümlədən qeyri-neft sektorunun sabit artımı, büdcə-vergi siyasəti sahəsində aparılan islahatlar və əldə olunan nəticələrlə bağlı geniş məlumat verib, xərclər üzrə səmərəliliyin artırılması istiqamətində atılan addımları qeyd edib.
BVF-nin Azərbaycan, Yaxın Şərq və Mərkəzi Asiya Departamenti üzrə missiya rəhbəri xanım Anna Bordon bildirib ki, 2025-ci il üzrə IV Maddə məsləhətləşməsinin əsas diqqət mərkəzində iqtisadi artımın sürətlənməsi və inflyasiyanın azalması daxil olmaqla son iqtisadi inkişaflar, perspektivlər və risklər yer alır.
22 yanvar - 5 fevral 2025-ci il tarixlərini əhatə edəcək missiyanın səfəri zamanı makroiqtisadi yeniliklər və perspektivlər, neft-qaz hasilatı və dekarbonizasiya təşəbbüsləri, həmçinin iqlim dəyişikliyi üzrə mitiqasiya və adaptasiya tədbirləri ilə bağlı hökumətin iqtisadi blokuna daxil olan qurumlarda müzakirələrin aparılması nəzərdə tutulur.
Digər Xəbərlər
16 Dekabr 2025 19:39
Azərbaycan bu ölkələrlə yeni nəqliyyat marşrutu yaratmağı planlaşdırır
16 Dekabr 2025 16:56
Çinlə ticarət dövriyyəsi 4 milyard dolları ötdü
16 Dekabr 2025 15:13
Vergi Məcəlləsində elektron siqaretlərlə bağlı dəyişiklik
16 Dekabr 2025 15:08
Nikotin tərkibli elektron siqaretlər tütün məmulatı hesab ediləcək
16 Dekabr 2025 13:13
İşəgötürən işçini razılığı olmadan məzuniyyətə göndərə biləcək
16 Dekabr 2025 13:13
Məzuniyyətə çıxan işçilərin maaşının ödənilməsi ilə bağlı yeni qayda
16 Dekabr 2025 13:12
İş yerində bu şəxslərin ixtisara salınması mümkün olacaq
16 Dekabr 2025 13:11


Bakı -°C

