Azərbaycanın yeniyetmələr arasında olimpiya çempionu həbs edilib
Azərbaycanın tanınmış güləşçisi, yeniyetmələr arasında olimpiya çempionu, I Avropa Oyunları, Avropa və dünya mükafatçısı Elman Muxtarov həbs edilib.
“Report”un əldə etdiyi məlumata görə, onun barəsində Cinayət Məcəlləsinin quldurluq və qəsdən sağlamlığa yüngül zərər vurma maddələri ittiham irəli sürülüb.
İstintaq materialında qeyd edilib ki, E.Muxtarov 2022-ci ilin iyul ayının 12-də paytaxtın Nizami rayonu ərazisində yaxın münasibətdə olduğu Günay Əliyevanın (ad-soyad şərti) həyat yoldaşı Zamiq Əliyevin (ad-soyad şərti) üz nahiyəsinə bıçaqla xəsarət yetirib.
Bundan başqa, o, həmin ilin sentyabr ayının 6-da Z.Əliyevin oğlu Dadaş Əliyevi (ad-soyad şərtidir) yaşadığı binanın qarşısında izləyib. D.Əliyev evə daxil olan zaman Elman da mənzilə soxulub. Bu zaman Z.Əliyev də evdə olub. İttiham aktına görə, evə basqın edən idmançı Z.Əliyevə yumruq zərbələri endirib, bıçaqla hədələyib. Daha sonra E.Muxtarov evdən 2 min 800 manat pulu götürərək hadisə yerini tərk edib.
Hadisə barədə zərərçəkmiş hüquq-mühafizə orqanlarına müraciət edib. E.Muxtarov polis əməkdaşları tərəfindən saxlanılıb və Nizami Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.
E.Muxtarov istintaq zamanı özünü təqsirli bilməyib. Onun sözlərinə görə, uzun müddətdir ki, G.Əliyeva ilə yaxın münasibətdə olub, tez-tez onunla görüşüb.
O, ifadəsində deyib ki, Z.Əliyev ona qarşı nalayiq ifadələr işlətdiyi üçün kişini yaxınlıqda işlədiyi bazarda tutaraq bıçaqla vurub. Bildirib ki, bir müddət sonra Günayla parkda görüşən E.Muxtarov qadının mobil telefonunu lombarda girov qoyaraq pul götürüb. Həmin pulu isə mərc oyununda uduzub.
Xatırladaq ki, E.Muxtarov uzun illər güləş üzrə Azərbaycan yığmasının üzvü olub. 2010-cu ildə Sinqapurda keçirilən Yeniyetmələrin Olimpiya Oyunlarında qızıl, 2015-ci ildə Bakıdakı Avropa Oyunlarında bürünc medal qazanıb. O, sonuncu dəfə 2019-cu ildə Qazaxıstanda güləş üzrə dünya çempionatında yarışıb. Daha sonra karyerasını başa vurub.
Digər Xəbərlər
22 Dekabr 2025 10:13
Cinayətdə şübhəli bilinən 55 nəfər saxlanıldı
20 Dekabr 2025 16:00
14 yaşlı qıza qeyri-etik hərəkətlər edənlər HƏBS OLUNDU
19 Dekabr 2025 12:19
Ticarət mərkəzində pirotexniki vasitələr satılan anbar aşkarlanıb - VİDEO
19 Dekabr 2025 11:49
Narkotikin təsiri altında maşın sürən şəxs tutulub
19 Dekabr 2025 11:47
Bu il narkotiklə bağlı 441 cinayət faktı aşkarlanıb
19 Dekabr 2025 10:18
Cinayətdə şübhəli bilinən 36 nəfər saxlanıldı
19 Dekabr 2025 09:59
“Dedi ki, barışmaq istəyirəm uşaqlarım tək qalıb” - Qusardakı qətlin detalları + VİDEO
18 Dekabr 2025 18:29


Bakı -°C

