"Azərbaycanın yanında olmağa davam edəcəyik" - Türkiyə XİN
"Naxçıvan Muxtar Respublikasına qarşı həyata keçirilən pilotsuz təyyarə hücumlarını qətiyyətlə pisləyirik".
Adalet.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi bəyanat yayıb.
"Bir daha vurğulayırıq ki, bölgədəki üçüncü ölkələri hədəf alan və müharibənin yayılma riskini artıran hücumlar dərhal dayandırılmalıdır. Türkiyə həmişə olduğu kimi, Azərbaycanın yanında olmağa davam edəcək", - deyə məlumatda qeyd olunub.


Bakı -°C

