Azərbaycanın Milli Atlasının təqdimatı olacaq
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsivə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) birgə təşkilatçılığı ilə "Cənubi Qafqaz: 1903-cü il” xəritəsinin və "Azərbaycan Respublikasının Milli Atlası”nın təqdimatı keçiriləcək. Bu barədə AMEA-dan məlumat verilib.
Tədbirdə qeyd olunan nəşrlərin tarixi əhəmiyyəti, onların ərsəyə gəlməsində görülmüş işlər haqqında ətraflı məlumat veriləcək.
Qeyd edək ki, atlas və xəritə ölkə Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən nəşr olunub.
Digər Xəbərlər
02 May 2024 17:40