adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
07 Iyun 2022 15:24
2845
İQTİSADİYYAT

Azərbaycanın irili-xırdalı qızıl yataqları, qızıl ehtiyatları, əldə olunan gəlirlər - ARAŞDIRMA

Dünyanın çox az ölkəsi var ki , Azərbaycan kimitorpağının altı da, üstü də təbii sərvətlərlə zəngindir. Təbiət Azərbaycana səxavətini əsirgəməyib. Yəqin ki, bu sərvətlərin hesabınadır ki, Azərbaycan 44 günlük müharibədə dünyanın muzdlu terrorçuları, hegemon Rusiya və Ermənistana havadarlıq edən digər qüvvələrə qarşı döyüşüb qalib gəldi. Canlı qüvvə, cəbbəxana və ümumilikdə təhcizat və təminat qələbəmizin əsasını qoydu.

Bir neçə gün əvvəl Zəngilan rayonu ərazisində yerləşən Vejnəli qızıl yatağında ilkin kəşfiyyat və qiymətləndirmə işlərinin artıq başlandığı xəbəri verildi. ETSN-in Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev məsələ ilə bağlı məlumatında bildirdi ki, proses 6 aya yekunlaşacaq: “Güman edirik ki, bu ilkin qiymətləndirmə mərhələsi 6 aya yekunlaşacaq”. Deməli, növbəti bir qızıl yatağı istehsalabaşlayacağı güman edilir.

O zaman oxucularımızda belə bir sual yaranır: Müstəqillik əldə olunandan sonra Azərbaycanda neçə qızıl yatağı aşkarlanıb və istifadəyə verilib?

Azərbaycanın ən böyük qızıl yataqları hansılardı?

Bu gün Adalet.az kiçik bir araşdırma ilə sizin sualınıza cavab verəcək. Mövzuya başlamamışdan əvvəl qeyd edim ki,Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin açıqlamasına görə, Azərbaycanda qızıl və gümüş əsasən, 1997-ci ilin avqustunda imzalanmış Hasilatın Pay Bölgüsü tipli müqavilə çərçivəsində hasil olunur. Mineral ehtiyatların istismarına dair bağlanmış bu 30 illik müqavilədə Azərbaycan hökumətinin iştirak payı 51%, Böyük Britaniyanın “Anglo Asian Mining Plc." şirkətinin payı isə 49%təşkil edir.

Müstəqilliyinilk illərindən başlayaraqtəbii sərvətlərin istismarı əsas hədəf olub . Ölkənin ən iri qızıl mədənləri ərazi üzrə belə sıralayaq:

1.Çovdar qızıl yatağı- “Çovdar” qızıl yatağı Daşkəsən rayonunun şimal hissəsində yerləşir. “AzerGold” QSC tərəfindən yataqda hasilat işləri 2017-ci ildən etibarən aparılır. Yatağın təsdiq olunmuş ümumi qızıl resursları 1 661 000 unsiya (51.5 ton filiz) təşkil edir. Bu həcmin 363 500 unsiyası yerüstü (oksid), 1 298 000 unsiyası isə yeraltı (sulfid) filizlərinin payına düşür. Oksid fazası üçün hesablanan həcmin 233 min unsiyası iqtisadi rentabelli və texniki cəhətdən hasilatı mümkün olan qızılın miqdarıdır.

(Hazırda “Çovdar” yatağında oksid filizlərinin açıq üsulla istismarı uğurla davam etdirilir. 2022-ci ildə isə yatağın ikinci fazasının – sulfid filizlərinin istismara verilməsi nəzərdə tutulur).

2.Gədəbəy yatağı-AzərbaycanınGədəbəy rayonu ərazisində dəniz səviyyəsindən orta hesabla 1500 metr yüksəklikdə Misdağ dağı ətrafında yerləşən qızıl-mis yatağıdır.Yataqda mədənçiliyin tarixi 2000 il əvvələ gedib çıxır. Daha sonrakı 1849-cu ildə "Mextor Qardaşları", onun ardınca "Alman Simens Qardaşları" tərəfindən başladılmışdır. 1917-ci ildə Rusiya inqilabı ilə mədəndəki fəaliyyət dayanmışdır.

Yataqda açıq üsulla mədən fəaliyətinə 2008-ci ildə "Anglo Asian Mining"in törəmə müəssisəsi Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkəti (ing. Azerbaijan International Mining Company - AIMC) tərəfindən bərpa olundu. Filizlərdən qızıl, mis,sinkəldə edilməsi məqsədi ilə "heap leach" tipli zavod quruldu. İlk qızıl istesalı isə2009-cu ilin may ayında olub.Yatağınqızılehtiyatı təxmini hesablamalara görə 22 000 t. dur. Yatağın işlənilməsi üçün ilk dəfə 1997-ci ildə Azərbaycanın "Azərqızıl" Dövlət Şirkəti ilə ABŞ-ın "R.V. İnvestment Group Services LLC" şirkəti arasında Gədəbəy, Qoşa, Ordubad qrupu (Piyazbaşı, Ağyurd, Şəkərdərə, Kələki), Söyüdlü,Qızılbulaq və Vejnəli perspektiv qızıl filiz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş imzalanıb. Gədəbəy qızıl-mis layihəsi gəlirdə payı 51 faiz olmaqla Azərbaycan hökuməti ilə birlikdə həyata keçirilir. Payı 49 faiz olan Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkəti layihəyə rəhbərlik edir. Şirkət layihə üçün zəruri olan bütün kapitalı təmin edir.Yeri gəlmişkən, Prezident köməkçisi Hikmət Hacıyev hələ 2 il əvvəl ki açıqlamasında bildirmişdi ki,22 ton qızıl ehtiyatının mövcud olduğu “Gədəbəy” yatağından 710 mln. dollar gəlir əldə olunacağıgözlənilir.

İşğal olunmuş ən böyük qızıl yataqları: 28 illik vəhşicəsinə istismar...

Yəqin ki, erməni işğalından sonra o ərazilərdən əldə olunan qızıl hasilatları Azərbaycansəhiyyəsinin, təhsilinin, mədəniyyətinin, idtisadiyyatınınvə digər sahələrinin inkişafınıyüksək səviyyəyə çatdırmağa yetəcək.

1.Vejnəli qızıl yatağı- Zəngilan rayonundakı “Vejnəli” qızıl yatağı 1959-1962-ci illərdə Vejnəli geoloji-axtarış partiyası tərəfindən kəşf edilib. Yatağın qızıl ehtiyyatları 6,5 ton həcmində təsdiq edilib.1993-ci ildə ZəngilanErmənistan Respublikası Silahlı Qüvvələritərəfindən işğal edilibvə İşğal dövründə bu ərazidə kimyəvi terrorizm üzrə qruplar fəaliyyət göstərirdi.Həmçinin Ermənistan kənd ərazisində yerləşənqızılyataqlarını bu illər ərzində qeyri-qanuni istismar edildi.

30 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir və yuxarıda qeyd etdiyimiz kimi yataqda 6 aylıq kəşfiyyat işləri başladılıb. Son olaraq, Vejnəli qızıl yatağında səhmi olan şirkətlərdən biri təbii ki, Anglo Asian Mining PLC- dir

2.Zod qızıl yatağı-Azərbaycanın Kəlbəcər, Ermənistanın Vardenis (Basarkeçər) vilayətləri ərazisindədir. Söyüdlü-Zod qızıl yatağı kimi tanınan ərazi 1951-ci ildə “Qafqaz qızıl kəşfiyyat” idarəsi tərəfindən aşkar olunub. Yatağın istismarına 1976-cı ildən başlanıb. Hələ 1990-1991-ci illərdə dövlət komissiyasının araşdırmaları nəticəsində Kəlbəcərdə üç yataqda təxminən 140 ton qızıl ehtiyatı olduğu üzə çıxıb.

Yatağın böyük hissəsinin Kəlbəcər rayonu ərazisində yerləşməsinə baxmayaraq, naməlum səbəblərə görə, kəşfiyyat işləri Ermənistan SSRİ Geologiya İdarəsi və Ermənistan Əlvan Metallurgiya İdarəsi tərəfindən aparılıb, Zod yatağının bütövlükdə Ermənistana aid olması qəbul edilibdir .Kəlbəcər rayonu ərazisində sənaye əhəmiyyətli ehtiyatları 112,5 ton olan və istismar olunan Söyüdlü (Zod) və ehtiyatları 13 tondan çox olan Ağduzdağ və Tutxun qızıl yataqları 27 il Ermənistan respublikasının işğalçı rejimi tərəfindən talan edilib. Hələ bir neçə il əvvəl Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyəti Nazirlər Komitəsinə müraciət edərək işğal altındakı ərazilərdə sərvətlərin talanması məsələsinə diqqət yetirilməsini istəyib. AŞPA məsələnin üstündən susqunluqla keçib. 44 günlük müharibədən sonravəziyyət dəyişib. Rəsmi məlumatlara görə,Azərbaycan və Ermənistan arasındakı dövlət sərhədi SSRİ vaxtında keçən xətlə bölündüyü təqdirdə “Zod-Söyüdlü qızıl mədəninin 74%-i Azərbaycanın Kəlbəcər rayonu ərazisində, qalanı Ermənistanda qalacaq.

5. Ağdərənin Qızılbulaq – Dəmirli qızıl yataqları- 2020-ci ilə qədər Qızılbulaq (Drmbon) və Dəmirli (Kaşen) qızıl yataqları1993-cü ildən ermənilərin əlində olub. Amma həmin qızıl yataqlarının istismarı ilə bağlı sertifikat hələ 1997-ci ildə Azərbaycan hökuməti tərəfindən Anglo-Asian Mining şirkətinə verilib. Ermənilərin 2009-2017-ci illərdə Qızılbulaq yatağını amansız istismarı nəticəsində 178 milyon dollar qazandığını sübuta yetirib. Hələlik , Rusiya sülhməramlılarının nəzarəti altında olanəraziyə girmək və orda kəşfiyyat işləri aparmaq mümkün deyil.

Nisbətən kiçik həcmli qızıl yataqları

1.Ordubad rayonununAğyurd , Munundərə, Piyazbaşı,Kələki təzahürü, Şəkərdərə mis-qızıl filiz təzahürü, Əlincəçay (Başkənd) təzahürlər qrupu yataqları

2.Culfa rayonunun“Başkənd-Xanağa”səpinti qızıl yataqları

3.Gygöl rayonun ““Tülallar” yatağı – eyni adlı kənddə yerləşir. 2002-сi ildə kəşf edilib. Hazırda istismara hazırdı.Tülallar yatağında hasilat işlərinə start vermək üçün müvafiq kəşfiyyat, tədqiqat və layihələndirmə işləri sürətlə davam etdirilir. Hazırda yatağın resurlarının artırılması, təsdiqlənməsi, metallurji sınaqların aparılması və mədən planının hazırlanması üzrə işlər tamamlanmaqdadır. Yatağın 2022-ci ildə istismara verilməsi planlaşdırılır.

4.Bir neçə il əvvəl axtarış zamanı Goranboy rayonunda yerləşən Başqışlaq, Göygöl rayonunun Əzgilli sahəsində də qızıla və gümüşə müsbət nəticələr alınıb”

Qızıl hasilatından əldə olunangəlirlər

Qızıl hasilatından əldə olunmuş, ölkənin inkişafına, insanların rifah halının yaxşılaşdırılmasına hesablanmış qızıl ehtiyatlarını bilmək də oxucularımız üçün maraqlı olardı:

1.2018-ci ilin yekunlarına görə, Azərbaycanda qızıl hasilatı 4238,6 kiloqrama çatıb. İlin yekununda ARDNF-nin qızıl ehtiyatları 50,95 ton təşkil edib ki, bunun da ümumi dəyəri 2,093 milyard dollar olub.

2.2019-cu ilin əvvəlindən sonunadək Azərbaycanın qızıl-valyuta ehtiyatları (qızıl ehtiyatları) 11.4% artaraq 49.2 milyon dollara çatıb.Yəni 2019-cu ilin əvvəlindən etibarən Azərbaycanda adambaşına düşən qızıl ehtiyatları 470 dollar artıb.

3.Dövlət Statistika Komitəsinin məlumatına görə, 2021-ci ilin10 ayı ərzində ölkəmizdə 6 834,8 kiloqram qiymətli metal filizləri və konsentratları hasil edilib.Onların ümumi hasilatı 2020-ci ilin yanvar-oktyabr aylarının göstəriciləri ilə müqayisədə 207,3 kiloqram və ya 3,1 faiz artıb. Bu dövr ərzində 2 876,8 kiloqram qızıl, 3 958 kiloqram gümüş hasil edilib.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə qızıl hasilatı 3,5 faiz azalıb, gümüş hasilatı isə 8,6 faiz artıb.Təkcə oktyabr ayı (2021) ərzində isə ölkədə 268,7 kiloqram qızıl, 447,8 kiloqram gümüş hasil edilib. Bildirilib ki, 1 noyabr 2021-ci il tarixinə görə, ölkədə 212,5 kiloqram hazır qızıl ehtiyatı, 244,3 kiloqram hazır gümüş ehtiyatı var.

Sonda yazımıulu öndər Heydər Əliyevin bir kəlamı iləbitirmək istəyirəm:“Azərbaycanın təbii sərvətləri xalqa məxsusdur, xalqındır. Xalqdan başqa heç kəsin deyil və xalqın etimad etdiyi dövlət, iqtidar bu təbii sərvətlərin xalqa məxsusluğunu daim gözünün önündə saxlamalıdır və onlardan ancaq xalqın, yalnız xalqın tələbatını təmin etmək üçün istifadə edilməlidir”.

Əntiqə Rəşid