adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
14 Mart 2023 10:45
623
ƏDƏBİYYAT

“Azərbaycanın hər yeri Anarın bir tərəfidir...”- Doğum günü təbriki

“Anarın kimliyi bütün Azərbaycana məlumdur. Yəni burda gizli nöqtələr demək olar ki, yoxdur. Bir yazıçı kimi, şəxs olaraq. Bir yerdə işləyirik, dünən gedib təbrik elədim. Dedim ki, səksən beş kilometr yol gəlibsən hələ imkanın da var, on beş kilometr də üstünə əlavə elə”

Bunu Adalet.az-a açıqlamasında yazıçı Seyran Səxavət Xalq yazıçısı Anarın doğum günü haqda danışarkən deyib. S.Səxavət Anara doğum günü münasibətilə öz arzularını çatdırıb:

“Ona görə onun kimliyi haqqında heç nə demirəm ki, Anar məlumdur. Azərbaycan ədəbiyyatı, incəsənəti üçün çox şeylər edib. Bu yaxınlarda Mədəniyyət nazirimiz əvəziylə görüşümüz oldu. Orda Anar dedi ki, “üç ssenarim var, Mədəniyyət Nazirliyi tərəfindən bəyənilir, çəkilməyə imkan yaratmırlar. Nə vaxt soruşursan deyirlər ki, pul yoxdur”. Orda mən də çıxış elədim. Sözümün canı bundan ibarətdir ki, nazir əvəzimizə dedim bu Anar müəllimin öz problemi deyil. Artıq Anar müəllim elə bir səddə çatıb ki, bu Azərbaycan ədəbiyyatının, incəsənətinin, kinematoqrafının problemidir. Yəni Anar artıq o səviyyələri çoxdan adlayıb. Bir daha qələm dostumu ürəkdən təbrik edirəm. Arzu edirəm ki, heç harası ağrımasın. Heç harası deyəndə mən ancaq Anarın bədənini nəzərdə tutmuram, elə Azərbaycanın hər yeri Anarın bir tərəfidir. Yəni heç haramız ağrımasın”. 

Qeyd edək ki, bu gün Xalq yazıçısı Anarın doğum günüdür. Onun 85 yaşı tamam olur. 

Vasif Əlihüseyn