Azərbaycanın “Avroviziya-2020”də iştirakı rəsmən təsdiqləndi
Azərbaycanın "Avroviziya-2020” mahnı müsabiqəsində iştirakı rəsmən təsdiqlənib.
İctimai Televiziya və Radio Yayımları Şirkətinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən verilənməlumata görə, gələn il mayın 12-dən 16-dək Niderland Krallığının Rotterdam şəhərində keçiriləcək mahnı müsabiqəsində ölkəmizin iştirakı qeydə alınıb.
Avroviziya Mahnı müsabiqəsi 12, 14 və 16 may tarixlərində Rotterdam şəhərində "Ahoy Arena”da keçiriləcək.
Qeyd edək ki, dünyanın ən baxımlı və populyar mahnı müsabiqəsi olan "Avroviziya”nın Azərbaycanda rəsmi yayım hüququ İctimai Televiziya və Radio Yayımları Şirkətinə məxsusdur.
Digər Xəbərlər
29 Aprel 2024 14:57
İstanbul Su Yolu üzərində memarlıq möcüzələri: İkonik Boğaziçi malikanələrini kəşf edin!
29 Aprel 2024 12:31Azərbaycanda ilk dəfə Milli Xalça Festivalı keçiriləcək
29 Aprel 2024 11:52İranın mədəniyyət naziri Azərbaycana gələcək
27 Aprel 2024 16:23Xankəndidəki yeni royal heç vaxt kökdən düşməyəcək - VİDEO
26 Aprel 2024 17:33