Azərbaycandan ilk brend “Trendyolda”
“ABAD” publik hüquqi şəxs Orta Şərq və Mərkəzi Avropanın ən böyük onlayn ticarət platforması olan “Trendyol” ilə əməkdaşlığa başlayıb.
Belə ki, biznes ekosisteminə müsbət təsir göstərmək və rəqəmsal inkişafa dəstək olmaq məqsədi ilə Türkiyədəki mikro, kiçik və orta sahibkarlıq subyektlərinin, həmçinin sənətkarların məhsul və əl işlərini Türkiyənin hər yerində, hətta digər ölkələrdə müştərilərə çatdıran platforma artıq təcrübəsini ölkəmiz ilə də paylaşacaq. Bu istiqamətdə atılan ilk addım isə “ABAD” – Ailə Biznesinə Asan Dəstək – məhsullarının platformaya daxil edilməsi oldu.
“ABAD” Trendyol-da təqdim olunan ilk Azərbaycan brendi kimi Azərbaycanlı qida istehsalçılarının və sənətkarlarının əl işi məhsullarını Trendyol-dan bütün dünyaya satacaq.
Hazırda pilot xarakter daşıyan bu layihə çərçivəsində kiçik miqdarda “ABAD”çı məhsulları Türkiyəyə ixrac olunub və ixrac həcminin gələcəkdə genişləndirilməsi nəzərdə tutulur.
Platformada satışa təqdim olunan məhsullarımız ilə tanış olmaq üçün axtarış panelinə “ABAD” yazmağınız kifayətdir.
Digər Xəbərlər
24 Sentyabr 2026 09:26
Kosmosda “qaydaları pozan” planet kəşf edildi
24 Sentyabr 2026 09:11
Bu ölkələr torpaqlarını itirmək təhlükəsi ilə üz-üzədir - Köç planları hazırlanır
23 Sentyabr 2026 10:28
Ev şəraitində hazırlanan qidalara serfitikat tələb olunur?
22 Sentyabr 2026 16:44


Bakı -°C

