Azərbaycanda “yol terroru” – bir gündə 10 ölü, 5 yaralı
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 101 cinayət faktı qeydə alınmış, onların da 20-si "isti izlər”lə açılıb.
DİN Mətbuat Xidmətindən Adalet.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 13 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə 23 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilmişdir.
Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 10 nəfər ölüb, 5 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb.
Digər Xəbərlər
03 May 2024 17:14