"Azərbaycanda xeyli ailə var ki, onlarda heç bir nəfər işləmir" - Deputat
"283 min işsizdən 169,5 mini, yəni, 60 faizi işsiz kimi uçota alınır. Onun da 94 faizi işlə təmin olunub. Bu məsələ belə deyil. Sorğular aparılsa, yerlərdə insanların əksəriyyəti işsizdir. Burada müsbət qarşılanan iki məqam var. İşsiz hesab olunan insanların 6 faizinə işsizliyə görə sığorta haqqı verilir. 10 faizi isə özünüməşğulluq proqramına cəlb olunub".
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Əli Məsimli deyib. Onun sözlərinə görə, Azərbaycanda xeyli ailə var ki, onlarda heç bir nəfər belə işləmir:
"Bu, ailənin özünə və uşaqlara çox böyük zərbədir. Ona görə xüsusi məqsədli proqramlar hazırlanmalıdır ki, heç kəsin işləmədiyi ailələrdə azı 1 nəfərin işləməsi istiqamətində real işlər görülsün. Azərbaycanda son vaxtlar insanların gündəlik tələbatlarını ödəmək üçün aldığı malların qiymətində 1,5 dəfə artım var. Belə halda ailədə bir nəfər işləyəndə 4 nəfərdən ibarət ailənin minimum xərci 1000 manatdan çoxdur. Bizdə orta əməkhaqqı ondan 13 faiz aşağıdır. Muzdla işləyən insanların yarıya qədərinin aldığı vəsait isə ondan 1,8 dəfə aşağıdır. Beləliklə, bir nəfərin işləməsi indiki reallıqda ailənin dolandırılması üçün çətindir. Ona görə də qadınların işləyə biləcəyi sahələrin dairəsinin genişləndirilməsi istiqamətində addımlar atılmalıdır".
Nicat
Digər Xəbərlər
25 Mart 2026 20:19
"Ermənistan və Azərbaycan arasında sülh artıq öz etibarlılığını sübut edib" - Mirzoyan
25 Mart 2026 18:11
Sahibə Qafarova ilə görüşdə Azərbaycana təşəkkür etdi - FOTOLAR
25 Mart 2026 11:37
İlham Əliyev yunanıstanlı həmkarını təbrik etdi
25 Mart 2026 11:01
“Müharibənin daha üç il davam etməsi silah-sursat qıtlığına səbəb olacaq”
25 Mart 2026 10:07
“ABŞ-nin Tehranda dəyişə bilmədiyi rejimlə əməkdaşlığı təəcüblü deyil...”
25 Mart 2026 10:05
“İsrailin İrana qarşı müharibəsi davam etsə də...” – Politoloq
24 Mart 2026 15:41
Sahibə Qafarova Çinə səfər etdi - FOTO
24 Mart 2026 10:11


Bakı -°C

