adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
20 May 2016 12:24
13566
ƏDƏBİYYAT

Azərbaycanda VI Şairlər Günü qeyd olunacaq

İyunun 5-də Azərbaycanda VI Şairlər Günü qeyd olunacaq. Azərbaycan Yazıçılar Birliyinin (AYB) mətbuat xidmətindən Adalet.az-a bildirilib ki, Mədəniyyət və Turizm Nazirliyinin, AYB-nin, Gənc Şairlər Birliyinin təşkilatçılığı, Türkiyə Böyükelçiliyi Kültür və Tanıtma Müşavirliyinin, Türkiyə Elm və Ədəbi Əsər Sahibləri Birliyi və Dünya Gənc Türk Yazarlar Birliyinin təşkilati dəstəyi ilə Beynəlxalq Muğam Mərkəzində keçiriləcək tədbir böyük Azərbaycan şairi, müasir şeirin görkəmli nümayəndəsi Vaqif Səmədoğlunun yaradıcılığına həsr ediləcək. Xalq şairi Vaqif Səmədoğlunun nəşr edilmiş "Sandıq şeirləri”nin təqdimatı da məhz həmin gün olacaq.

Vaqif Səmədoğlunun da xatirəsi anılacaq, xalq şairinin əsərləri və sözlərinə yazılmış mahnılar səsləndiriləcək.

Bildirilib ki, iyunun 5-i həm də Mikayıl Müşfiqin doğum günüdür. Odur ki, tədbirin təşkilatçıları məhz Müşfiqin adını daşıyan mükafatın şairlərə verilməsini məqsədəuyğun hesab edirlər. Şairlər Gününün başqa bir özəlliyi isə həmin gün şair və yazıçıların Müşfiqin rəmzi məzarına – Xəzər dənizinə gülsəpmə mərasimində iştirak etməsidir.