adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
20 Aprel 2018 11:03
6915
MƏMLƏKƏT

Azərbaycanda toz-dumanın miqdarı normaya düşüb

Azərbaycanda toz-dumanın miqdarı sanitar norma daxilindədir.

Bu barədə Adalet.az-aEkologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) məlumat verilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə, aprelin 20-dəsəhər saatlarında Bakıda və Abşeron yarımadasında toz-dumanın miqdarının sanitar normaya uyğun olduğu müəyyən edilib. Buna səbəb ölkə ərazisinə daxil olan şimal-qərb küləyidir.