Azərbaycanda tibb sahəsində çalışan bu işçilərin maaşları artırıldı
Azərbaycanda tibb sahəsində bir neçə qurumun işçilərinin əməkhaqları artırılıb.
Bununla bağlı Baş nazir Novruz Məmmədov "Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında” qərara dəyişiklik edib.
Dəyişikliyə əsasən, Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin və Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin işçilərinin aylıq vəzifə maaşları artırılıb.
Qeyd edək ki, dəyişiklik "Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019- cu il 18 iyun tarixli Sərəncamının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədilə edilib.
Qərar sentyabr ayının 1-dən qüvvəyə minəcək.
Digər Xəbərlər
05 May 2024 15:30
Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb
04 May 2024 15:56Bakıda “2-ci Azərbaycan-Türkiyə Pediatriya Günləri” adlı elmi praktik konfrans keçirilir
03 May 2024 16:07Azərbaycanda neçə narkoman var? - RƏSMİ AÇIQLAMA
02 May 2024 10:15Azərbaycanda yeni peyvənd vurulacaq
01 May 2024 12:18