Azərbaycanda süni intellektlə təxribat törədənlər həbs ediləcək
Azərbaycanda təxribatın törədilmə üsullarına əməli süni intellekt texnologiyalarından və xüsusi proqram təminatlarından istifadə halları da daxil ediləcək.
Adalet.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunan Cinayət Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsinə əsasən, Azərbaycan Respublikasının müdafiə qabiliyyətini, iqtisadi təhlükəsizliyini və elmi-texniki potensialını zəiflətmək məqsədilə əhalinin həyat təminatı və kritik informasiya infrastrukturu obyektlərinin, enerji və nəqliyyat infrastrukturunun, telekommunikasiya şəbəkələrinin, müəssisələrin, qurğuların məhv edilməsinə, zədələnməsinə və ya normal fəaliyyətinin pozulmasına, əhalinin sağlamlığına və ətraf mühitə zərər vurulmasına yönəldilən partlayış, yanğın törətmə, kütləvi zəhərləmə, yoluxucu xəstəliklər yayma, yaxud eyni məqsədlə əməli süni intellekt texnologiyalarından, habelə xüsusi proqram təminatlarından istifadə etməklə törətmə və ya digər hərəkətlər etmə səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
Eyni əməllər mütəşəkkil dəstə və ya cinayətkar birlik tərəfindən törədildikdə, fövqəladə və ya hərbi vəziyyət, sosial xarakterli fövqəladə mühit rejimi, habelə kütləvi iğtişaşlar zamanı törədildikdə, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə, ehtiyatsızlıqdan insan ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda on iki ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
Təxribat əməlin hazırlanmasında iştirak etmiş şəxs hakimiyyət orqanlarını vaxtında xəbərdar etməklə və ya başqa üsulla bu cür əməlin qarşısının alınmasına yardım etdikdə və onun əməlində başqa cinayətin tərkibi olmadıqda, cinayət məsuliyyətindən azad ediləcək.
Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq III oxunuşda qəbul edilib.
Digər Xəbərlər
23 Aprel 2026 12:11
Vilayət Eyvazov Göyçayda vətəndaş qəbulu keçirəcək
23 Aprel 2026 11:10
“O, əlilliyin təyin edilməsində korrupsiyanı aradan qaldıran şəxsdir”
23 Aprel 2026 10:57
“Xəstəxanaların işdən çıxarılan baş həkimləri həbs olunmalıdır"
23 Aprel 2026 10:48
Nazirlik küləkli hava şəraiti ilə əlaqədar əhaliyə müraciət etdi
23 Aprel 2026 10:26
“SİMA İmza” - vergi ödəyiciləri üçün ən sərfəlisi
23 Aprel 2026 10:14
Səhiyyə naziri Astanada Regional Ekoloji Sammit çərçivəsində keçirilən sessiyada çıxış edib
23 Aprel 2026 09:16
Azərbaycan və Türkiyə hərbçiləri “Heydər Əliyev-2026” birgə təlimində
22 Aprel 2026 19:24


Bakı -°C

