adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
12 Avqust 2014 15:06
8631
GÜNDƏM

Azərbaycanda Şəhidlər günü olmalıdırmı?- Sorğu

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi 20faiz torpaqlarımızın işğal olunması ilə yanaşı 1 milyondan artıq həmvətənlilərimizindoğma yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi ilə nəticələndi,maddi-mənəvi ziyan vurdu. Qarabağda illərin, əsrlərin qoynunda uyuyan tarixiabidələrimiz, inanc yerlərimiz talan olundu. Bununla yanaşı 10 minlərlə igid, nəroğullarımız müharibə iştirakçısı oldu. Bunlardan bir çoxu yaralandı, bir çoxuana yurdunu ləyaqətlə qoruyub şəhidlik kimi müqəddəs bir zirvəyə yüksəldi. 

Dünyanın bir sıra ölkələrdə Şəhidlər günü qeyd olunmasına baxmayaraq, Azərbaycandabununla bağlı xüsusi bir gün yoxdur. 20 yanvar, Xocalı və digər soyqırımlarıqeyd etsək də təqvimdə bir günü Şəhidlər günü kimi qeyd etmirik.

Adalet.az saytı olaraqtəqvimdə bir günün Şəhidlər günü kimi qeyd olunub-olunmaması ilə bağlı ictimaiyyətnümayəndələrinin fikirlərini öyrəndik.

Millət vəkili Aqil Abbas: "Bununla bağlı xüsusi günün olmasını doğruhesab etmirəm. Azərbaycanda matəm günləri kifayət qədərdir. 20 yanvar faciəsi,26 fevral Xocalı Soyqırımı, 31 mart Soyqırımı günləri bizdə elə Şəhidlər günükimi də qeyd olunur. Əlavə olaraq Şəhidlər gününün də təqvimdə yer alması düzgünolmazdı".

Millət vəkili Fazil Mustafa: "Əslində 20 yanvar gününün mahiyyətini dəyişərəkŞəhidlər günü etmək daha məqsədəuyğundur. Yenidən ayrıca bir gün müəyyənləşdirməyəzərurət görmürəm".

Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid: "Lazım bilmirəm. Matəm günləri, Soyqırım günlərivar. Ona görə də yeni bir kədərli günə ehtiyac duymuram. İnşallah torpaqlarımızgeri alınar, qələbə günü təsis edərik".

Qarabağ Azadlıq Təşkilatının sədri AkifNağı: "Maraqlı təkilifdir, amma buna necə yanaşılması,hansı prinsiplərin əsas götürülməsi də sual doğurur.Hansı günün olmasına gəlincə isə - 20 yanvar günü bəlkədə ola bilər”.


"YeniMüsavat" qəzetinin redaktor müavini Azər Ayxan: "25 ilə yaxındırki, Azərbaycanda 20 yanvar təqvimi əslində elə Şəhidlər günü kimi qeyd olunur.Hər il də o təqvimdə insanlarımız Şəhidlər Xiyabanına axışır. Ona görə də şəhidlərləbağlı xüsusi bir günün təqvimə salınmasına ehtiyac görmürəm. Şəhidlərin xatirəsinə,onların ailələrinə isə hər gün, hər zaman hörmət və qayğı göstərilməlidir".

"Lent.az"saytının baş redaktoru Qabil Abbasoğlu: "Belə bir günün müəyyən edilməsinəlüzum görmürəm. Nə praktik baxımdan, nə də mahiyyət etibarilə belə bir gün təyinetmək mümkün deyil. Şəhidin və şəhidliyin günü olmaz”.


"NovoyeVremya"(Yeni Zaman) qəzetinin baş redaktoru Şakir Ağayev: "Təbii,yaxşı ideyadır. Hər bir ölkədə şəhid hər kəsdən yüksəkdə durmalıdır. Şəhidlik vətənəməhəbbətin ən yüksək zirvəsidir. Şəhidin ailəsi də bunu hiss etməlidir. Ən yüksəkdiqqət və qayğı şəhidə və ailəsinə olmalıdır. Bu milli ideologiya gənc nəslin vətənpərvərliktərbiyəsinə bir örnəkdir".

"525-ci qəzet"in redaktoru Yusif Rzayev: "Dağlıq Qarabağ münaqişəsinin yaşı 25 ildən çoxdur.Bu illər ərzində çox şəhidlər vermişik. Bəlkə də təqvimin elə günü yoxdu ki, Azərbaycanşəhid verməsin. Bu mənada indi desək ki, hansısa günü Şəhidlər günü kimi seçək,onda da başqa bir mübahisə mövzusu açılacaq. Bir də ki Azərbaycanda Şəhidlərgünü var - 20 Yanvar günü. Bu gün konkret olaraq Şəhidlər günü adlanmasa da, həmingün ancaq şəhidlərimiz yad olunur. Mən arzulayıram ki, tezliklə torpaqlarımızazad edilsin və bizim təqvimimizə Qələbə günü düşsün. Məncə, o gün birinci növbədəelə Şəhidlərimizin günü olacaq- onların ruhunun rahatlıq tapdığı gün!"