Azərbaycanda sabiq rəis HƏBS EDİLDİ
Yevlax rayon qeydiyyat şöbəsinin sabiq vəzifəli şəxsinin qanunsuz əməlləri ifşa olunub
Adalet.az xəbər verir ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Yevlax rayon qeydiyyat şöbəsinin sabiq rəisi Elşən Quliyevin qanunsuz hərəkətləri ilə bağlı keçirilmiş əməliyyat tədbiri nəticəsində cinayət işi başlanıb.
İstintaq zamanı Elşən Quliyevin qeyd edilən vəzifədə işləyərkən xidməti vəzifələrinin icrası ilə əlaqədar ayrı-ayrı şəxslərə ad və soyadı dəyişdirilməklə doğum haqqında yeni şəhadətnamənin verilməsi müqabilində ümumilikdə 4 min manat pul vəsaitini rüşvət qismində almasına, habelə həqiqi və ya güman edilən təsir imkanlarından istifadə edərək barəsində ibtidai istintaq aparılan təqsirləndirilən şəxsin digər dövlət qurumları tərəfindən ölkədən çıxışına qoyulmuş qadağanın götürülməsi müqabilində 8 min manat pul almaqla vəzifəli şəxsin qərarına qanunsuz təsir etməsinə əsaslı şübhələr müəyyən edilib.
İş üzrə toplanmış ilkin sübutlar əsasında Elşən Quliyev şübhəli şəxs qismində tutulub və ona Cinayət Məcəlləsinin 311.3.2 (rüşvət alma, təkrar törədildikdə) və 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri) maddələri ilə ittiham elan edilməklə, barəsində istintaq orqanının vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.
Digər Xəbərlər
19 Dekabr 2025 19:04
Kamran Əsədovla bağlı QƏRAR VERİLDİ
18 Dekabr 2025 13:29
Prokuror Ruben Vardanyana ömürlük həbs istədi
16 Dekabr 2025 19:27
Vardanyanın məhkəmə istintaqı yekunlaşdı
16 Dekabr 2025 12:05
Ali Məhkəmə Əjdər Ol barəsində qərar verdi
15 Dekabr 2025 14:18
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə sədr təyin edildi
12 Dekabr 2025 18:56
Prokurorluq orqanlarında qulluğa qəbulla bağlı müsabiqə bitdi
11 Dekabr 2025 09:46
Məhkəmə Namizəd Səfərovla bağlı QƏRAR VERDİ
09 Dekabr 2025 20:31


Bakı -°C

