adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
02 Noyabr 2017 18:00
18701
ELM VƏ TƏHSİL

Azərbaycanda pulsuz təhsil alanların sayı azaldılacaq

2018-ci ilin dövlət büdcəsində "Təhsil” bölməsində "Dövlət sifarişi ilə ali təhsilin maliyyələşdirilməsi və təhsil sahəsində digər tədbirlərlə bağlı xərclər” üzrə 2016-ci ilin icrası ilə müqayisədə 107575,8 min manat və ya 35,7%, 2017-cı ilin proqnozu ilə müqayisədə 81251,5 min manat və ya 29,5% az olmaqla 194025,3 min manat məbləğində vəsait proqnozlaşdırılıb.

Adalet.az xəbər verir ki, bu barədə "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə Hesablama Palatasının rəyində qeyd edilib. Bildirilib ki, bu xərclər "Təhsil” bölməsi xərclərinin 9,7%-ni təşkil edəcək.

"Proqnozlaşdırılmış vəsaitin 193025,3 min manatı və ya 99,5%-i "Digər xərclər” və 1000,0 min manatı və ya 0,5%-i isə "Qeyri- maliyyə aktivlərinin alınması” bölməsi üzrə nəzərdə tutulub. Növbəti il üzrə büdcə sənədində "Dövlət sifarişi ilə ali təhsilin maliyyələşdirilməsi və təhsil sahəsində digər tədbirlər”lə bağlı xərclərə ayrılacaq vəsaitin 160913,3 min manatı və ya 82,9%-i "Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli "Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında” Qərarına əsasən bakalavriat və magistratura pilləsi üzrə dövlət sifarişi ilə təhsil alanlara düşən xərclərə yönəldilməsi nəzərdə tutulub”.(azvision.az)