adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
14 Aprel 2021 11:00
25271
İQTİSADİYYAT

Azərbaycanda pul köçürülməsi üçün mobil platforma hazırlanır

Azərbaycanda pul vəsaitlərinin köçürülməsi üçün mobil platforma hazırlanır.

Trend-in məlumatına görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiyalar Mərkəzinin rəhbəri Vüsal Qasımlı "Rəqəmsal ekosistemin inkişafında maliyyə institutlarının rolu" adlı onlayn tədbir zamanı deyib.

Onun sözlərinə görə, bu layihə Azərbaycanın qanunvericilik bazası çərçivəsində mərhələli şəkildə tətbiq edilir.

V.Qasımlı bildirib ki, Azərbaycanda bir sıra biznes sahələri və ticarət, tədris, xidmət sahələri rəqəmsallaşdırılır:

"Qarabağda rəqəmsallaşma və "ağıllı" layihələrin icrası ölkədə rəqəmsallaşma prosesinə və yeni infrastruktur tikintisinə təkan verəcək".