Azərbaycanda orta məktəbdə kütləvi zəhərlənmə - YENİLƏNİB
Göygöl rayon C.Verdiyev adına Aşıqlı kənd tam orta ümumtəhsil məktəbi kütləvi zəhərlənmə halı ilə bağlı açıqlama yayıb.
Məktəbdən Adalet.az-a bildirilib ki, dərs prosesi zamanı 10 nəfər şagird özünü pis hiss edib:
"Dərhal şagirdlər xəstəxanaya çatdırılıblar. Hazırda məktəblilər həkim nəzarətindədirlər, onların müayinəsi aparılır.
Hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində müvafiq qurumlarla birgə araşdırma aparılır", - deyə məlumatda bildirilib.
***
09:10
Göygöldə orta məktəbdə kütləvi zəhərlənmə olub.
Adalet.az-ın məlumatına görə, hadisə ötən gün baş verib.
Belə ki, C.Verdiyev adına Aşıqlı kənd ram orta məktəbin 10-a yaxın aşağı sinif şagirdi dərs vaxtı özlərini pis hiss ediblər. Dərhal məktəblilər xəstəxanaya yerləşdiriliblər, onlara yardım edilib.
İlkin məlumata görə, şagirdlər məktəbdə yedikləri qidadan zəhərləniblər. Hazırda hadisə ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırmalar aparılır./Unikal
Digər Xəbərlər
17 Fevral 2026 10:55
Binəqədidə qanunsuz tikili söküldü
17 Fevral 2026 09:32
Nazir müavininə ağır itki
16 Fevral 2026 19:00
İlin ilk Günəş tutulması olacaq
16 Fevral 2026 15:52
Qazimiz vəfat etdi
16 Fevral 2026 13:45
Maqnit qasırğası olacaq
16 Fevral 2026 13:33
Bakıda bina yandı - Sakinlər təxliyyə edildi - VİDEO
16 Fevral 2026 11:49
"Medi Hall"da əməliyyat olunan qadın öldü - Prokurorluq araşdırmaya başladı - YENİLƏNİB
16 Fevral 2026 10:43


Bakı -°C

