Azərbaycanda mobil telefonların IMEI kodlarının online qeydiyyatı istifadəyə verilib
Rabitə və İnformasiya Texnologiya Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) Azərbaycanda mobil telefonların IMEI kodlarının (istehsalçı zavodun verdiyi unikal kod) online qeydiyyatı xidmətini istifadəyə verməyi planlaşdırır. Adalet.az xəbər verir ki, Trend-in məlumatına görə, bu barədə rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov bildirib.
Məmmədovun sözlərinə görə, IMEI kodların online qeydiyyatı sistemi elektron hökumət portalında əlçatandır və GSM qurğunun qeydiyyatdan keçirilməsi üçün elektron-rəqəmsal imzanın olması vacibdir. Çünki o, istifadəçinin şəxsiyyətini təsdiqləyir.
Azərbaycanda mobil telefonların IMEI kodlarının (istehsalçı zavodun verdiyi unikal kod) qeydiyyatı sistemi mayın 1-dən işə salınıb.
Həmin tarixdən etibarən respublika ərazisinə şəxsi istifadə (Azərbaycanın mobil rabitə operatorlarının şəbəkələrində) üçün idxal edilən mobil telefonları 30 gün ərzində qeydiyyatdan keçirmək lazım olacaq. Bu qaydalar Azərbaycana gələn turist və qonaqlara şamil edilmir. Onların mobil telefonlarına rouminq xidməti göstərilir.
Yeni sistem mobil telefon bazarının vəziyyəti (bazarın həcmi, idxal edilən leqal və qeyri-leqal məshulların sayı) haqqında dədiq məlumat almağa imkan verir.
Digər Xəbərlər
03 Aprel 2026 16:11
Sabahdan yağış başlayır - XƏBƏRDARLIQ
03 Aprel 2026 13:10
Şənbə günü intensiv yağış yağacaq, şimşək çaxacaq
03 Aprel 2026 12:23
Azərbaycana turist axını azalıb
03 Aprel 2026 11:23
Əhmədbəyli–Füzuli–Şuşa yolu ödənişli olacaq
02 Aprel 2026 23:03
Xərclənən pullar hara gedir? - İndi də Bakı-Qazax yolu - VİDEO
02 Aprel 2026 16:43
Küləkli hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ
02 Aprel 2026 16:35
"Qanlı Göl" ərazisi şəhər parkı konsepsiyasında abadlaşdırılacaq - VİDEO
02 Aprel 2026 14:27


Bakı -°C

