Azərbaycanda Mərkəzi Asiya kapitalı ilə 400-dən çox şirkət fəaliyyət göstərir
Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb.
Adalet.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Azərbaycan və Orta Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə çıxışı zamanı deyib.
Dövlətimizin başçısı vurğulayıb: “Bu gün ölkəmizdə Mərkəzi Asiya ölkələrinin kapitalı ilə 400-dən çox şirkət aktiv şəkildə fəaliyyət göstərir. Son illərdə Azərbaycan Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondları yaradıb. Bu fondların hər birinin kapitalı yüz milyonlarla dollar təşkil edir”.
Azərbaycan Prezidenti, ilk növbədə, birgə layihələrin həyata keçirilməsi, yeni istehsal müəssisələrinin yaradılması və sənaye əməkdaşlığının genişləndirilməsi üçün bu investisiya fondlarının imkanlarından daha fəal istifadənin zəruriliyini qeyd edib. “Biz təkcə qarşılıqlı ticarəti artırmaqla kifayətlənməməliyik, həm də birlikdə investisiya qoymalı, istehsal etməli və xarici bazarlara çıxmalıyıq”, - deyə o əlavə edib.
Digər Xəbərlər
16 Noyabr 2026 13:45
Növbəti "Yüksəliş" müsabiqəsi üçün bir milyon manat ayrılır
16 Noyabr 2026 13:38
ABŞ, Çin və Rusiya liderlərinin görüşü həlledici olmayacaq – Politoloq
16 Noyabr 2026 13:33
İlham Əliyev Fərman imzaladı
16 Noyabr 2026 12:35
Ankarada “Azərbaycan Evi” böyük maraqla qarşılanıb
16 Noyabr 2026 12:20
Dövlət Qulluğu Məcəlləsi təsdiqləndi
16 Noyabr 2026 12:17
Prezident hüquqi şəxslərin elektron satınalma müqavilələrini təsdiq etdi
16 Noyabr 2026 12:04
"Bu vəzifələr borclanmaya müraciət edilmədən həyata keçirilib" - Mikayıl Cabbarov
16 Noyabr 2026 11:54


Bakı -°C

