Azərbaycanda məhkəmə zamanı ÖLÜM HADİSƏSİ
Qazax rayonunda məhkəmədə nümayəndə qismində çıxış edən 72 yaşlı kişi ölüb.
Adalet.az report-a istinadən xəbər verir ki, hadisə Qazax Rayon Məhkəməsində baş verib.
Belə ki, rayonun Xanlıqlar kənd sakini, 1945-ci il təvəllüdlü Cəbrayıl Alməmmədov mülki iddia üzrə baş tutan məhkəmədə nümayəndə qismində ifadə verərkən ürəktutmasından dünyasını dəyişib.
Hakim Qurban Abbasovun sədrliyi ilə keçirilən prosesdə C.Almməmədova ilkin olaraq hakim tibbi yardım göstərsə də onun həyatını xilas etmək mümkün olmayıb.
Məlumata görə, C.Alməmmədov qardaşı ilə aralarındakı torpaq mübahisəsini həll etmək üçün məhkəməyə müraciət edib.
Digər Xəbərlər
28 Aprel 2024 09:46
Ağdamda mina partladı - Yaralı var
27 Aprel 2024 15:15Azərbaycanda hakim intihar etdi
27 Aprel 2024 13:03Şuşada mina partladı - xəsarət alan var
26 Aprel 2024 18:136 gün əvvəl kanalda batan 13 yaşlı uşağın axtarışları davam etdirilir - VİDEO
26 Aprel 2024 15:57