adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
24 Aprel 2014 15:39
42920
MÜSAHİBƏ

“Azərbaycanda Leninin abidələri yenidən bərpa olunacaq”

AzərbaycanSosial Demokrat Partiyasının sədri Araz Əlizadənin 1 may əmək günü ilə bağlı mətbuataverdiyi açıqlamasında  "1 mayın kommunistlərə heç bir aidiyyatı yoxdur” deməsi AzərbaycanKommunist Partiyası tərəfindən bir mənalı qarşılanmayıb. Ciddi polemikaya səbəbolan bu fikirlər solçular arasında yeni söz savaşının başlanmasına şəraityaradıb.

Adalet.azsaytı Azərbaycan Kommunist Partiyasının sədri Rauf Qurbanovla müsahibəsindəsolçular arasında yaranan soyuq münasibətlərə aydınlıq gətirməyə çalışıb.

-Rauf müəllim ASDP sədri Araz Əlizadə 1 maygününün kommunistlərə heç bir aidiyyatı olmadığını bildirib. Bu məsələyə sizinmünasibətinizi öyrənmək istərdik. Sizcə Araz bəy nə dərəcədə haqlıdır?

-Mənim həyatda Araz müəllimlə çox səmimi, insanı münasibətlərimvar. Amma açığını deyim başa düşə blmirəm, görəsən Araz müəllimi nə vadar edirki, kommunistlər haqqında reallığı özündə əks etdirməyən belə fikirlə səsləndirsin.1 may, Dünya zəhmətkeşlərinin həmrəyliyi günü məhz rəsmi olaraq, KommunistPartiysaının hakimiyyətdə olduğu dövlətlərdə bayram kimi qeyd olunur. Məsələn Çində, Vetnamda, Simali Koreyada,Kubada və digər sisialist ölkələrində. Kommunistlərin hakimiyyətdə olmdaığıdövlətlərdə isə, kommunist partiyasının təşkilatçılığı ilə 1 may günü zəhmətkeşlərin böyük izdihamlı,kütləvinümayişləri keçirilir. Biz Azərbaycanlılar ən azından sovet dönəmində bubayrami 70 il təntənəli şəkildə qeyd etmişik. Onda Azərbaycan Sovet SosialistRespublikasında ASDP adılı siyasi bir qurum yox idi. Elə başa düşürəmki, bu sadaladığm faktlar dünya zəhmətkeşlərinin həmrəylik günün hansı siyasipartiyaya daha yaxın olduğunu təsdiq edir. Araz müəllim Azərbaycan KommunistPartiyası vasitəsi ilə ASDP -nı cəmiyyətdə gündəmə gətirmək istəyirsə, onda bubaşqa mövzunun müzakirəsidir.

-Sizcəhazırda Azərbaycanda olan real solçu qüvvələr kimdir?

-Çox təssüf hissi ilə qeyd etmək istəyirəmki, Azərbaycanda, adının deyilişindən sol partiya olduğu başa düşülən yetərincəsiyasi təşkilatlar var. Amma, onların heç özləri tərəfindən solçuluq ideyasının nədən ibarət olduğu başadüşülmür. Mən hesab edirəm ki, bu xoşa gəlməz hal, məhz respublikamızda siyasi marifçiliyin aşağısəviyyədə olmasından irəli gəlir. Hətta, mən cəmiyyətdə daxilən solidealogiyanı özündə daşıyan xeyli saylı insanlarla qarşılaşıram ki, onlar sağyönümlü parrtiyaların üzvüləridirlər. Bir daha təkrar edirəm, belə bir qeyri normal hal, məhz cəmiyyətin yetərincəsiyasi savadlı olmamasından irəli gəlir. Bu məsələdə, bir sol arentasiyalıpartiya kimi , bizim də ünvanımıza müəyyəniradlar bildirmək olar. Görünür kütlə ilə daha sıx təmasda olmaqlazımdır ki, belə hallar yaranmasın. Gəlinbu sualın daha ətraflı cavabını zamanıntələbinə buraxaq.

-Solçular arasında bugünkü fikir ayrılığı nədir?Niyə solçu qüvvələr bir araya gələ bilmir?

-.Solçuluq ideologiyasının mahiyyətcə nədən ibarətolduğunu bilməyən partiyalarla hansı birliyi yaratmaq olar. Marksizim -Leninizim elmi nəzəriyyəsi ilə silahlanmamış partiya, sol partiya olaraqkütlə içərisində nüfuz qazanıb, cəmiyyətdə təsir gücünə malik ola bilməz. Sizinnəzərdə tutduğunuz və solçu partiya kimi özlərini cəmiyyətə sırımaq istəyəndırnaqarası partiyalar isə, bu nəzəriyyədən tamamı ilə uzaqdırlar və ya daümumiyyətlə bu nəzəriyyənin nədən ibarətolduğundan xəbələri yoxdur. Sosializmqurluşuna aid olan bir neçə şuarı təkrar etmək solçuluq deyil, bu sadəcəprimitiv fərdiçilikdir. Sozializm idealogiyası isə, cəmiyyət üçün fayda verəcəkdaha dərin potensiala malikdir.

-Kommunist Partiyası olaraq Leninə heykəlqoyulmasını təklif etmisiniz. Qınaq obyektinə çevrilməkdən qorxmursunuz?

-Vladimir İliç Lenin bəşər tarixinin əvəzolunmaz, dünyanı dəyişdirən, ən böyük dahi şəxsiyyətlərindən biridir. Lenin, Karl Marksınsosializm nəzəriyyəsini reallaşdırıb həyata keçirən, cəmiyyətdə yeni istehsalmünsaibətləri formalaşdıran, kapitalizim sisteminə alternativ bir formasiyanın,sosializm qurluşunun yaradıcısıdır.

O,Böyük Oktyabr Sosialist İnqilabının banisi,dünyada ilk fəhlə- kəndli hökumətinin təməlini qoyan, ən ədalətli insan cəmiyyətininqurucusudur. Lenin inqilabçı olması ilə yanaşı, həm də böyük filosof, hüquqşunas, mütəfəkkir birinsandır. Leninin apardığı mübarizənin təməlprinsipləri demokratik cəmiyyət, bir sinifin digər sinif üzərində ağalığına yolverməmək, ağa qul münasibətlərinə son qoyaraq, kapitalizm buxovlarından azadolmaq, bərabərlik, qardşlıq, dostluq kimi insani və əxlaqi keyfiyyətlərii özündəəks etdirən bir mübariz yoludur. Lenin süurlu həyatının bütün hissəsini sosializm cəmiyyətinin yaranmasına, onun təşəkkül tapmasına həsretmişdir. Hindililər Lenini "Maxatma " adlandırırlar. "Maxatma"qədim hind mifologiyasına görə - ilahi insan,müasir şərhlə - dünya sivilizasiyasının ən görkəmli şəxsiyyəti deməkdir.Onlar Qandini də belə adlandırırlar. Belə olan bir halda Rauf Qurbanov nə üçünLeninin abidəsinin qoyulmasını təklif edənədə, hansısa qınaq obyektinə çevrilməkdənçəkinməlidir. Əsla yox. Mən Respublikada Leninin heykəllərinn bərpa olmasınıtam məhsuliyyətlə təklif etmişəm və ümüd edirəm ki, vaxt gələcək AzərbaycandaLeninin abidələri yenidən bərpaolunacaqdır. Azərbaycan kommunistləri heç kiminlə düşmənçilik etmək fikirindədeyillər və partiyada da bu məsələ ilə əlaqədarhər hansı bir müzakirə aparılmır.Biz AR konstitusiyası çərçivəsində əməli fəaliyyətlə məşğuluq. Apardığımızsiyasi mübarizənin əsas məqsədi ,sosialist Azərbaycanı uğrundadır. Hansısasiyasi partiya, və ya şəxs AKP -nin fəaliyyətinəqısqanclıq göstərib ona çamur atmağa cəhd edirsə, onalra məsləhətim budur ki,yaxşı olardı öz işləri ilə məşğulolsunlar. Cəmiyyətdə kimlərin hansı məqsədlərə xidmət etdikləri yaxşı bilinir.

Ədil Ədilzadə