adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
25 Fevral 2020 19:11
7229
HADİSƏ

Azərbaycanda koronavirusla bağlı şayiə yayanlar tutuldu - VİDEO

Son günlər sosial şəbəkələrdə Lənkəran rayonunda koronavirusa yoluxmuş şəxslərin olduğu barədə yayılan səs yazısı cənub bölgəsində, eləcə də, bütün ölkədə narahatlığa səbəb olub.

Səsləri yayılan Lənkəran rayon sakinləri – Seymur Fətullayev və həkim Fərid Rüstəmov Real TV-yə danışıb.

Onlar bildiriblər ki, xəstəliklə bağlı öz aralarında zarafat ediblər.

S.Fətullayev S.Rüstəmovdan xəstəlik barədə soruşub.

S.Rüstəmovun sözlərindən təşvişə düşən S.Fətullayev onun səsini "WhatsApp”qrupuna atıb.

Bundan sonra səs hər kəsə yayılıb.