adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
07 Iyul 2020 21:31
14807
SAĞLAMLIQ

Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı açıqlandı

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyulun 7-nə olan statistik göstəriciləri açıqlayıb.

Adalet.az xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 7 102 test edildiyi bildirilib.

Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 529 875 test aparılıb. Aktiv xəstə sayı 8 474 nəfərdir, onlardan 334 nəfər reanimasiyadadır, 60 nəfər isə süni tənəffüs aparatına qoşulub.